Onkouroloqların Bakıda keçiriləcək Beynəlxalq simpoziumunun iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar   

 

Onkouroloqların Bakıda keçiriləcək Beynəlxalq simpoziumunun iştirakçıları dekabrın 10-da Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, Fond ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənir təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti tarixinin təbliğinə kömək edir.

Fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.

Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev səhiyyə sisteminin inkişafını, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsini infrastrukturun yeniləşdirilməsini daim diqqət mərkəzində saxlamışdır.

Sonda ümummilli lider Heydər Əliyevin mənalı ömrü zəngin dövlətçilik fəaliyyətindən bəhs edən "Böyük ömrün anları" filmi nümayiş etdirilmişdir.

Qonaqlar Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.

 

Azərbaycan.- 2010.- 11 dekabr.- S.2.