S.B.İxiilovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə Semyon Borisoviç İxiilov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2010-cu il

Azərbaycan.- 2010.- 12 dekabr.- S.2.