Ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun dəvəti ilə dekabrın 23-dən 27-dək ölkəmizdə rəsmi səfərdə olacaq İran İslam Respublikasının səhiyyə nazirinin müşaviri, Respublika Sağlamlıq Xeyriyyə Birliyinin Baş katibi Seyyid Rza Nəyyirinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçək dəstələri düzmüş, "Əbədi məşəl" abidəsini ziyarət etmişlər.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

* * *

Bakıda səfərdə olan Türkiyənin gənclər idman direktorluğunun rəhbəri Yunus Akgülün rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçək dəstələri düzmüş, "Əbədi məşəl" abidəsini ziyarət etmişlər.

Qonaqlar Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsini yad etmiş, abidənin önünə gül dəstəsi qoymuşlar.

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 dekabr.- S. 2.