Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident, əziz dostum!

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik məsul işinizdə müvəffəqiyyətlər arzulayıram.

Aramızdakı yaxşı şəxsi əlaqələrin dostluğun, kollektiv işin Bolqarıstan-Azərbaycan əməkdaşlığının gələcəkdə xalqlarımızın qarşılıqlı mənafeyi, sülh, sabitlik, regionların Avropanın tərəqqisi naminə daha da gücləndirilməsində mühüm rol oynayacağına inamımı ifadə edirəm.

Ölkənizin xalqınızın tərəqqisinə yardım edən dövlət təcrübənizi yorulmaz səylərinizi yüksək qiymətləndirirəm. Avropa Avratlantik strukturlarla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi sahəsində Azərbaycan siyasətinin həyata keçirilməsində mühüm rolunuzu alqışlayıram bu sahədə mənim dəstəyimə arxalana bilərsiniz.

Zati-aliləri, ən dərin hörmət ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Georgi PIRVANOV,

Bolqarıstan Respublikasının Prezidenti

Sofiya, 24 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 25 dekabr.- S.  4.