Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Ad gününüz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin!

İstedadlı rəhbər, müdrik uzaqgörən siyasi xadim kimi Siz artıq uzun illərdir doğma ölkənizin rifahı naminə səmərəli fəaliyyət göstərirsiniz. Siz yüksək nüfuz, Azərbaycan xalqının dərin hörmət məhəbbətini qazanmısınız.

Sankt-Peterburqa göstərdiyiniz diqqətə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Son illərdə Azərbaycan Sankt-Peterburq arasında münasibətlər uğurla səmərəli inkişaf edir. Sankt-Peterburq Hökuməti Azərbaycan Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Komissiyanın yaradılması bunu bir daha təsdiq edir. Onun işi iqtisadi, elmi-texniki humanitar sahələrdə münasibətlərimizin inkişafına, heç şübhəsiz, yeni təkan verəcəkdir.

Möhtərəm İlham Heydər oğlu, Sizə bütün işlərinizdə təşəbbüslərinizdə uğurlar, uzun illər səmərəli fəaliyyət, cansağlığı, rifah xoşbəxtlik arzulayıram.

Hörmətlə,

 

Valentina MATVİYENKO,

Sankt-Peterburqun qubernatoru

 

Azərbaycan.- 2010.- 26 dekabr.- S.  1.