Azərbaycan Respublikası Ukrayna arasında 2010-cu il oktyabrın 28-də Kiyev şəhərində imzalanmış sənədlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. Azərbaycan Respublikası Ukrayna arasında 2010-cu il oktyabrın 28-də Kiyev şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynanın Xarici İşlər Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2. "Azərbaycan Televiziya Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Ukrayna Milli Teleşirkəti arasında əməkdaşlıq haqqında Saziş;

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Ukrayna tərəfini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 28 dekabr.- S.  2.