Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə

 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi miqrasiya orqanlarının rəmzidir. Rəsmi emblem Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hər bir işçisinə miqrasiya orqanlarının fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.

2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi miqrasiya orqanları işçilərinin, habelə xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə mənsubiyyətini bildirən nişandır.

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi Xidmətin blanklarında, miqrasiya orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, xüsusi geyim formasında yerləşdirilir.

4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemindən istifadəyə aşağıdakı hallarda yol verilir:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin çap məhsullarında, kino, video, foto materiallarında;

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar).

 

 

Azərbaycan.- 2010.- 30 dekabr.- S. 7.