Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi embleminin təsviri

 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi dairə formasındadır. Dairənin yuxarı hissəsində "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ" sözləri, aşağı hissəsində "STATE MIGRATION SERVICE OF THE REPUBLIC OF AZERBAIJAN" sözləri qara rəngli fonda həkk edilmişdir.

Dairənin daxilində yuxarıdan aşağıya doğru genişlənən tünd qızılı açıq boz rəngli qövs formasında iki zolaq vardır. Həmin zolaqların daxilində qızılı rəngli səkkizguşəli ulduz, onun ətrafı boyunca göy, qırmızı yaşıl rəngli çevrə formasında zolaqlar təsvir olunmuşdur. Çevrə formasında olan qırmızı rəngli zolağın üzərində səkkiz düymə bərkidilmişdir.

Səkkizguşəli ulduzun daxilində qabarıq şəkildə mavi rəngli kürə təsvir olunmuşdur. Kürənin mərkəzində paralel meridianların kəsişməsi fonunda yaşıl rəngli Azərbaycan Respublikasının xəritəsi həkk edilmişdir.

 

 

Azərbaycan.- 2010.- 30 dekabr.- S. 7.