Azərbaycan Nazirlər Kabinetində Qırğızıstan nümayəndə heyəti ilə görüş

 

Bakıda səfərdə olan Qırğızıstan Baş nazirinin birinci müavini Omurbek Babanovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Baş nazir A.Rasizadə Azərbaycanın son illər əldə etdiyi iqtisadi uğurlar barədə məlumat vermiş bu inkişafın ölkədə aparılan uğurlu siyasətin qanunauyğun nəticəsi olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında əlaqələrin, o cümlədən iqtisadi, mədəni, elmi sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün böyük potensial vardır.

Qırğızıstan Baş nazirinin birinci müavini Omurbek Babanov Azərbaycanda həyata keçirilən böyük tikinti-quruculuq işlərindən məmnunluğunu bildirərək Bakının gözəlliyinə heyranlığını vurğulamışdır. Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinin vacibliyini diqqətə çatdıran qonaq səfərin əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini bildirmişdir.

 

 

Azərbaycan.- 2010.-30  dekabr.- S. 6.