Almaniyada ilk dəfə üzərində ümummilli lider Heydər Əliyevin adı şəkli olan poçt markası buraxılmışdır

 

Cari ilin dekabr ayında Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası"nın təşəbbüsü səyi nəticəsində bu ölkədə ilk dəfə, üzərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı şəkli olan 5 min ədəd poçt markası buraxılmışdır.

"Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası"ndan AzərTAc-a bildirmişlər ki, 2011-ci ilin may ayına qədər daha 100 min ədəd poçt markasının buraxılması nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2010.- 31 dekabr.- S. 4.