N.F.Dadaşovanın Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdində Mərkəzi Musiqi Məktəbinin 6-cı sinif şagirdi Nazxanım Firudin qızı Dadaşovanın adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və o, Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsün.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 9 fevral.- S.1.