Prezidentin mətbuat xidmətinin məlumatı

 

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynada prezident seçkilərində qələbə qazanmış Viktor Yanukoviçə telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Viktor Yanukoviçi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Viktor Yanukoviç təbrikə göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir

 

 

Azərbaycan.- 2010.-13  fevral.- S. 1.