Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeni ilə təltif edilmişdir

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fransa Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilmişdir.

Fransa dövlətinin başçısı Nikola Sarkozi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu barədə məlumat verərək bildirmişdir ki, Mehriban xanım Əliyeva bu ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə nümayiş etdirdiyi sadiqliyinə görə layiq görülmüşdür.

Bu xoş xəbəri dövlətimizin başçısına çatdırmaqdan məmnun olduğunu bildirən Nikola Sarkozi Prezident İlham Əliyevə xüsusi hörmət ehtiramı olduğunu vurğulamışdır.

Dünyanın məşhur ictimai-siyasi, dövlət, mədəniyyət elm xadimlərinə, sərkərdələrə verilən "Şərəf Legionu" ordeni 1802-ci ildə imperator Napoleon Bonapart tərəfindən təsis edilmişdir. Fransanın ən yüksək dövlət mükafatı olan "Şərəf Legionu" ordeninin 5 dərəcəsi vardır. On bir nəfərdən ibarət çox nüfuzlu Mükafat Komissiyası ordenə təqdim olunmuş şəxslər barədə məlumatları araşdırdıqdan sonra onun təqdim edilməsinə icazə verilir.

Fransa Respublikası onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən "Şərəf Legionu" ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülmüşlər.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Fransanın ali ordeninə layiq görülməsi bir daha sübut edir ki, Azərbaycanın birinci xanımının ictimai, mesenatlıq fəaliyyəti, təhsil mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə sonsuz hörmət ehtiram qazanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 fevral.- S. 2.