Professor Əli Doğramacıya

 

Türk dünyasının böyük oğlu, görkəmli ictimai xadim, dünya şöhrətli alim maarifçi, müdrik xeyirxah insan İhsan Doğramacının vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşılayaraq Sizə, ailənizə yaxınlarınıza öz başsağlığımı çatdırıram. Mənim Mehriban xanımın başsağlığını ananız Ayser xanıma yetirməyinizi xahiş edirəm.

İhsan Doğramacının Azərbaycanın ən ali mükafatları - "İstiqlal" "Heydər Əliyev" ordenləri ilə təltif olunması Azərbaycan tərəfindən onun həyatı boyu göstərdiyi misilsiz xidmətlərinə hörmət ehtiramın parlaq ifadəsi idi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə onun uzun illər boyu davam edən dostluğu bizim hamımızın yaddaşına əbədi həkk olunub. 2003-cü ildə Heydər Əliyevlə vidalaşma mərasimində İhsan bəyin söylədiyi ürək sözlərini mən heç vaxt unutmayacağam.

Azərbaycan xalqının səmimi dostu olan İhsan bəyin ölümü ölkəmizin hər bir vətəndaşı tərəfindən ağır itki kimi qəbul edilir. Onun işıqlı xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Allah ona qəni-qəni rəhmət eləsin. Qəbri nurla dolsun.

Dərin hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 26 fevral.- S. 1.