Prezident İlham Əliyev Qəbələdə "Qafqaz-Park" Gənclik Mərkəzinin açılışında iştirak etmişdir

 

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə "Qafqaz-Park" Gənclik Mərkəzinin açılışında iştirak etmişdir.

Açılışı bildirən lenti kəsən dövlətimizin başçısı əvvəlcə 900 kvadratmetr sahəsi olan süni buz meydançası ilə tanış oldu. Müasir standartlara uyğun qurulan bu meydança yerli əhalinin turistlərin marağına səbəb olmuşdur.

Parkın ərazisini gəzən Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 16 hektar olan parkda müxtəlif iaşə obyektləri, üzgüçülük hovuzları, süni göllər, kafelər, uşaq əyləncə mərkəzləri inşa olunmuşdur. Ərazidə müxtəlif dekorativ ağac, kol güllərdən ibarət yaşıllıq salınmış, orijinal fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Mərkəzdə 150 nəfər işlə təmin olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-28  fevral.- S. 3.