Beynəlxalq hava limanında qarşılanma

 

Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov iyunun 30-da Azərbaycana işgüzar səfərə gəlmişdir.

Azərbaycanın və Bolqarıstanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bolqarıstan Prezidentini və xanımı Zorka Pırvanovanı hava limanında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər qarşıladılar.

Bolqarıstanın birinci xanımına gül dəstəsi təqdim olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 1 iyul.- S.  2.