Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı poliklinikasının və stomatoloji mərkəzinin, həmçinin Xəzər Rayon Polis İdarəsinin yeni inzibati binalarının açılışı olmuşdur

 

 Azərbaycan Polisinin yaradılmasının 92-ci ildönümü ərəfəsində - iyunun 30-da Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin 1 saylı poliklinikasının və stomatoloji mərkəzinin, həmçinin Xəzər Rayon Polis İdarəsinin yeni inzibati binalarının açılışı olmuşdur.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hər iki tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.

Tibb idarəsinin rəisi, polis polkovniki Bəhruz Səfərəliyev general-polkovnik Ramil Usubova 1 saylı poliklinikastomatoloji mərkəzin açılışa hazır olması barədə raport vermişdir.

DİN-in Əsaslı Tikinti İdarəsinin rəisi, polis polkovniki Qasım Əliyev daxili işlər nazirinə yeni inzibati binanın texniki göstəriciləri barədə ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, bünövrəsi ötən ilin aprelində qoyulmuş, 3 əsas və 1 kürsü mərtəbədən ibarət, ümumi sahəsi 2720 kvadratmetr olan yeni tikili ən müasir tələblərə cavab verən tibb müəssisəsi kimi layihələndirilərək inşa edilmişdir. Binanın birinci mərtəbəsində qeydiyyatrentgen otaqları nəzərdə tutulmuş, 2-ci, 3-cü mərtəbələrdə isə qeyri-stasionar müayinə və müalicə təyinatlı otaqlar yerləşdirilmiş, ən müasir mebelinventarlarla təchiz edilmişdir. Bina zəruri mühəndis- kommunikasiya sistemləri, o cümlədən mərkəzləşdirilmiş split tipli kondisioner, ventilyasiya, mərkəzi istilik sistemi, 1 kilovoltluq xarici elektrik təchizatı xətti, rabitə-kommunikasiya xətləri

s. ilə təchiz edilmişdir.

Foyedə Azərbaycanda daxili işlər orqanlarının və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirləri əks etdirən fotoguşə yaradılmışdır. Yeni bina ilə yaxından tanış olan daxili işlər naziri burada narkologiya, okulist, əməliyyat, terapevt, rentgen və digər tibb otaqlarına, dəqiq analizlərin aparılması üçün ən müasir avadanlıqla təchiz olunmuş laboratoriyayastomatoloji mərkəzə baxmış, şəxsi heyət üçün yaradılan şəraitdən razılığını bildirərək tövsiyələrini vermişdir.

Həmin gün respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Xəzər Rayon Polis İdarəsinin yeni inzibati binasının istifadəyə verilməsinə həsr olunmuş tədbirdə də iştirak etmişdir. Daxili işlər naziri bina ilə yaxından tanış olmuşdur.

Məlumat verilmişdir ki, tikintisinə ötən ilin iyununda başlanmış dördmərtəbəli inzibati binanın ümumi sahəsi 2784 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş yeni bina bütün zəruri avadanlıq, inventarkommunikasiyalarla təchiz edilmişdir. Yeni tikilidə 61 xidməti otaq, yeməkxana, akt zalı vardır. Binada mərkəzləşdirilmiş split tipli kondisioner, ventilyasiya, mərkəzi istilik sistemiqazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılmışdır. İdarənin həyətində qazanxana, su anbarı, nəzarət-buraxılış məntəqəsi inşa edilmiş, ərazi metal şəbəkə ilə hasarlanmış, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir.

General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxmış, foyedə ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxilixarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərə baxmışdır. Daha sonra nazir Müvəqqəti-Saxlama Təcridxanası, burada yaradılmış şəraitlə yaxından tanış olmuşdur.

Görülən işləri yüksək qiymətləndirən Ramil Usubov Xəzər Rayon Polis İdarəsinin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün bütün imkanların yaradılmasından məmnunluğunu ifadə etmiş, tapşırıq və tövsiyələrini vermişdir.

Nazir əmin olduğunu bildirmişdir ki, şəxsi heyət bu yüksək diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, ölkəmizin paytaxtında sabitliyin, əmin-amanlığın etibarlı qorunmasında və cinayətkarlıqla uğurlu mübarizədə səylərini əsirgəməyəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 1 iyul.- S.  4.