Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:

 

Əliyev Ərziman Mikayıl oğlu - Baş Pasport, Qeydiyyat Miqrasiya İdarəsinin rəisi, polis polkovniki

Əliyev İsmət Rəşid oğlu - Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki

Şirinov Həsən Kamil oğlu - Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis polkovniki

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.- 2 iyul.- S.  1.