Şəhidlər xiyabanını ziyarət

 

Azərbaycanda rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi xanım Hillari Klinton iyulun 4-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Hillari Klinton Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Hillari Klinton Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.

Qonağa Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 6 iyul.- S.  2.