2009//2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamının 1-ci bəndinə uyğun olaraq qərara alıram:

1. 2009/2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda adları qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:

 

Bakı şəhəri 5 nömrəli orta məktəb

Bakı şəhəri 7 nömrəli orta məktəb

Bakı şəhəri 49 nömrəli "İntellekt" məktəb-liseyi

Bakı şəhəri 56 nömrəli orta məktəb

Bakı şəhəri 62 nömrəli məktəb-lisey

Bakı şəhəri 80 nömrəli orta məktəb

Bakı şəhəri 95 nömrəli orta məktəb

Bakı şəhəri 96 nömrəli orta məktəb

Bakı şəhəri 99 nömrəli orta məktəb

Bakı şəhəri 114 nömrəli orta məktəb

Bakı şəhəri 115 nömrəli orta məktəb

Bakı şəhəri 125 nömrəli orta məktəb

Bakı şəhəri 126 nömrəli orta məktəb

Bakı şəhəri 138 nömrəli orta məktəb

Bakı şəhəri 143 nömrəli orta məktəb

Bakı şəhəri 149 nömrəli orta məktəb

Bakı şəhəri 164 nömrəli orta məktəb

Bakı şəhəri 169 nömrəli orta məktəb

Bakı şəhəri 171 nömrəli orta məktəb

Bakı şəhəri 177 nömrəli orta məktəb

Bakı şəhəri 187 nömrəli orta məktəb

Bakı şəhəri 213 nömrəli məktəb-lisey

Bakı şəhəri 225 nömrəli orta məktəb

Bakı şəhəri 236 nömrəli orta məktəb

Bakı şəhəri 257 nömrəli orta məktəb

Bakı şəhəri 258 nömrəli orta məktəb

Bakı şəhəri 286 nömrəli orta məktəb

Bakı şəhəri 304 nömrəli məktəb-lisey

Gəncə şəhəri 39 nömrəli orta məktəb

Göyçay şəhəri 1 nömrəli orta məktəb

İsmayıllı rayonu Cülyan kənd orta məktəbi

İsmayıllı rayonu Mican kənd orta məktəbi

İsmayıllı rayonu Təzəkənd kənd orta məktəbi

İsmayıllı şəhəri 5 nömrəli orta məktəb

Qax şəhəri 5 nömrəli orta məktəb

Qəbələ şəhəri 1 nömrəli orta məktəb

Quba şəhəri 1 nömrəli orta məktəb

Milli Konservatoriyanın tərkibində

İncəsənət Gimnaziyası

Naxçıvan şəhəri 5 nömrəli orta məktəb

Ordubad şəhəri 1 nömrəli orta məktəb

Sumqayıt şəhəri 18 nömrəli orta məktəb

Sumqayıt şəhəri 21 nömrəli orta məktəb

Sumqayıt şəhəri 25 nömrəli orta məktəb

Şəmkir şəhəri Məhəmməd Füzuli

adına məktəb-lisey

Şərur rayonu Muğanlı kənd orta məktəbi

Şirvan şəhəri 11 nömrəli orta məktəb

Şirvan şəhəri 18 nömrəli məktəb-lisey

Şirvan şəhəri 9 nömrəli orta məktəb

Tovuz rayonu A.S.Puşkin adına şəhər orta məktəbi

Ucar şəhəri 1 nömrəli məktəb-lisey

 

2. Bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş pul mükafatları Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il 25 fevral tarixli 714 nömrəli fərmanının 3-cü bəndinə uyğun ödənilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.- 6 iyul.- S.  2.