Balakəndə yeni gömrük-sərhəd buraxılış məntəqəsi açılmışdır

 

 İyulun 8-də Prezident İlham Əliyev Balakəndəki Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev dövlət başçısına raport verdi.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük-sərhəd buraxılış məntəqəsi ilə yaxından tanış oldu.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev dövlət başçısına məlumat verdi ki, inşasına 2008-ci ildə başlanan məntəqənin ümumi sahəsi 4 hektardır. Bu məntəqədən gündə, təxminən 190 avtomobil və 500-600 nəfər buraxılır. Ərazidə müvəqqəti saxlanc yerianbarlar, yeməkxana, inzibati bina inşa edilmişdir. Məntəqə bütün zəruri avadanlıqla tam təmin edilmişdir.

Məntəqənin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin həyatını, eləcə də gömrük sahəsinin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılmışdır.

Binanın ikinci mərtəbəsində yerləşən 100 yerlik konfrans zalına baxan Prezident İlham Əliyev qaçaqmalçılığa qarşı mübarizə üzrə əməliyyat mərkəzinin avtomatlaşdırılmış idarəetmə sistemi ilə tanış oldu.

Altmışa yaxın insanın işlə təmin olunacağı gömrük-sərhəd buraxılış məntəqəsində yüklərin və nəqliyyat vasitələrinin nəzarəti ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir.

Dövlət başçısına Azərbaycana idxal olunan avtomobillərin "Avro-2" standartlarına uyğunluğunu yoxlayan cihaz, idxalixrac əməliyyatlarının rəsmiləşdirilməsi və mal-nəqliyyat vasitələrinin qeydiyyatı, həmçinin gömrük xidmətinin avtomatlaşdırılmış informasiya sistemi haqqında məlumat verildi. Diqqətə çatdırıldı ki, burada ixracidxal gömrük nəzarəti və sərnişin xətləri vardır. Gömrük buraxılış məntəqəsində "bir pəncərə" sistemi tətbiq edilir. Burada, həmçinin sanitar-karantin, fitosanitarbaytar nəzarəti xidməti də vardır. Quraşdırılmış xüsusi monitorlarda Tovuz, Xaçmaz, Sınıqkörpü gömrük-sərhəd buraxılış məntəqələrindəki vəziyyəti izləmək mümkündür.

Prezident İlham Əliyev qonaqlar üçün yaradılan xüsusi gözləmə otağında da oldu. Diqqətə çatdırıldı ki, terminalın ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

Gömrük-sərhəd buraxılış məntəqəsi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

 

* * *

 

İyulun 8-də Zaqatala və Balakən rayonlarına səfərini başa vuran Prezident İlham Əliyev Bakıya qayıtdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 9 iyul.- S.  3.