Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Əməliyyat işçilərinin hazırlanması və Sərhəd Qoşunları fakültələrinin buraxılışı olmuşdur

 

İyulun 9-da Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Əməliyyat işçilərinin hazırlanması və Sərhəd Qoşunları fakültələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Akademiyanın döyüş bayrağı hərbi marşın sədaları altında meydana gətirilmişdir.

Əvvəlcə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev, akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə və digər rəsmi qonaqlar ümummilli lider Heydər Əliyevin akademiyanın həyətindəki abidəsi önünə əklil qoymuş, ulu öndərin xatirəsini ehtiramla anmışlar.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov buraxılış mərasiminə düzülmüş zabitləri və kursantları təbrik etmişdir. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışı münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edən general-leytenant Eldar Mahmudov, təcrübəli müəllimlərindən aldıqları biliklərin, qazandıqları peşə vərdişlərinin vəzifə borclarını layiqincə yerinə yetirməkdə onlara kömək olacağını vurğulamışdır.

Məzunlara ümummilli lider Heydər Əliyevin adını daşıyan akademiyada oxumaq şərəfinin qismət olduğunu qeyd edən nazir bildirmişdir ki, onlar ölkənin təhlükəsizliyi və milli maraqlarının qorunması sahəsində fəaliyyət üzrə xüsusi təhsil ocağını bitirmişlər. Bu isə hər şeydən əvvəl, ulu öndər Heydər Əliyevin peşəkarlıq irsini davam etdirməyə, Azərbaycanın durmadan qüdrətlənməsi işində fəaliyyətə hazır olmaq deməkdir.

Gənc zabitlərin Azərbaycanın milli təhlükəsizliyi və sərhədlərinin qorunması işində təcrübəli həmkarları ilə çiyin-çiyinə çalışacağını deyən nazir Eldar Mahmudov bildirmişdir ki, bu istiqamətdə akademiyada əldə etdikləri biliklərin rolu böyük olacaqdır. Milli təhlükəsizlik naziri bu işdə əməyi olan hər kəsə, ilk növbədə təlim-tədris prosesinin yüksək səviyyəsinə görə akademiyanın rəhbərliyinə və müəllim heyətinə təşəkkürünü bildirmişdir.

İldən-ilə akademiyanın maddi-texniki imkanlarının artdığını diqqətə çatdıran nazir Eldar Mahmudov, ötən buraxılışdan bəri görülmüş tədbirlərin buna əyani misal olduğunu vurğulamışdır. Bildirilmişdir ki, akademiyada hər cür şəraitə malik 4500 kvadratmetrdən çox sahəni əhatə edən yeni İdman-Sağlamlıq Kompleksi açılmış, şəxsi heyətin istifadəsində olan tədris və sosial təyinatlı bir çox korpuslarda əsaslı təmir işləri aparılmışdır. Akademiyanın müasir avadanlıq və texniki vasitələrlə təchizatı işi davam etdirilmişdir.

Gələcək əməkdaşların seçdikləri peşəyə dərindən yiyələnməsi üçün bütün lazımi imkanların akademiyada mövcudluğu və bunların yeni nəslin ulu öndər Heydər Əliyevin vətənpərvərlik məktəbinə sadiq insanlar kimi yetişməsi üçün yaradılmış möhkəm təməl olduğu qeyd edilmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin "Akademiya ən yüksək dünya standartlarına cavab verir" fikrini xatırladan nazir vurğulamışdır ki, dövlətimizin başçısının bu sözləri nazirliyinakademiya kollektivinin ümumi əməyinə verilən yüksək qiymətdir və gələcəkdə daha səmərəli fəaliyyət üçün əsas stimuldur.

General-leytenant Eldar Mahmudov son illər həyata keçirilən hərtərəfli islahatlaruğurlu dövlət quruculuğu nəticəsində Azərbaycanın dünya birliyində mövqeyini ildən-ilə möhkəmləndirdiyini, hazırda geniş coğrafisiyasi məkanda böyük nüfuza malik olduğunu bildirmişdir. Bütün bunlar qlobalregional xarakterli təhdidlərin artdığı şəraitdə ölkənin təhlükəsizliyi üçün məsuliyyəti daha da artırır.

Qarşıda çox böyük vəzifələr durduğunu deyən nazir qeyd etmişdir ki, ən mühüm vəzifə işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üzrə dövlətimizin başçısının siyasi xəttinin həyata keçirilməsi işində yaxından və fəal iştirak etməkdir. Nazir vurğulamışdır ki, müasir dövrdə milli maraqlarımıza qarşı yönələn təhdidlərin qarşısının alınması bizim hər birimizdən daim yüksək sayıqlıq, hərtərəfli hazırlıq və vətənpərvərlik tələb edir. Başlıca məqsəd hamının, ilk növbədə güc strukturlarının Ali Baş Komandan İlham Əliyevin əmr və göstərişlərini dərhal yerinə yetirməyə qadir vahid, səfərbər və yenilməz qüvvə olmasıdır.

Milli Təhlükəsizlik Nazirliyinin son vaxtlar terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə ardıcıl uğurlar əldə etdiyini vurğulayan nazir qeyd etmişdir ki, ancaq bütün bu nailiyyətlər bizi qətiyyən arxayınlaşdırmır. Əksinə, daha səfərbər və ayıq-sayıq olmağa çağırır. Ümummilli lider həmişə deyirdi ki, müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Bizim amalımız müstəqilliyi və dövlətçiliyi qorumaq və möhkəmləndirməkdir. Ali məqsədimiz Azərbaycanı daha qüdrətli, vətəndaşlarımızın hüquqlarını etibarlı təmin etməkdir. Bunun üçün isə başlıca vəzifəmiz ərazi bütövlüyünün bərpasıdır, sabitliyin və təhlükəsizliyin dönməzliyini qorumaqdır.

Nazir Eldar Mahmudov Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirmiş və xatirələrində həmişəlik qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev çıxış edərək, ölkəmizin milli təhlükəsizliyinin və sərhədlərinin toxunulmazlığının sabahını təmin edəcək gənc zabitləri təbrik etməkdən qürur hissi keçirdiyini bildirmişdir.

General-leytenant Elçin Quliyev Silahlı Qüvvələrimizin tərkibinə növbəti zabit nəslinin verilməsində zəhməti və əziyyəti olan hər bir kəsə, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə, akademiyanın professor-müəllim heyətinə, məzunların valideynlərinə dərin minnətdarlığıbildirmişdir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordumuzun qüdrətinin artırılması, təhlükəsizliyimizin daha da möhkəmlənməsi işində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gördüyü işlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi zabitlərin peşəkarlığının, Vətənimizə, xalqımıza, Prezidentimizə sədaqətli xidmətin bu işlərin görülməsində böyük rol oynadığını vurğulamışdır.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə çıxış edərək, Prezident İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun yüksək təşkilatçılığı sayəsində akademiyanın inkişafından danışmışdır. Ziya Yusifzadə sıralarında iki Heydər Əliyev təqaüdçüsü olan fakültələrin məzunlarının 5 illik tədris müddətində daim yüksək nailiyyətlər qazandıqlarını, akademiyanın elmiictimai-siyasi həyatında fəal iştirak etdiklərini, 18 nəfər zabitin akademiyanı fərqlənmə diplomu ilə bitirdiyini diqqətə çatdırmışdır.

Akademiyanın məzunları, gənc leytenantlar çıxış edərək, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi ali təhsil ocağını bitirmələrindən qürur hissi keçirdiklərini bildirmiş, onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq etmiş, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildirmişlər.

Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim etmişlər.

Digər zabitlərə diplomlar təqdim olunduqdan sonra akademiyanın zabitləri kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçmişlər.

Sonra tədbir akademiyadakı "Şöhrət" Muzeyində davam etdirilmişdir. Muzeyin salonunda milli təhlükəsizlik naziri Eldar Mahmudov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev akademiyanı fərqlənmə ilə bitirən zabitlərə qiymətli hədiyyələr vermişlər.

Ümummilli lider Heydər Əliyevin muzeydəki büstünün qarşısında ulu öndərin akademiyanın həyətindəki abidəsi önündə xatirə şəkilləri çəkdirilmişdir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və akademiyanın rəisi Ziya Yusifzadə məzunların valideynləri ilə söhbət etmiş, Vətənə layiqli oğullar yetişdirdiklərinə görə təşəkkürlərini bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 10 iyul.- S.  3.