Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycana rəsmi səfərə gəlmişdir

 

İyulun 15-də Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycana rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Məhəmməd Uld Əbdüləzizi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Mavritaniya Prezidentinə və xanımına gül dəstələri təqdim etdilər.

Fəxri qarovul dəstəsinin önündən keçən Mavritaniyanın dövlət başçısı Azərbaycanda akkreditə olunmuş ərəb ölkələrinin səfirləri ilə görüşdü.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 iyul.- S.  5.