Olimpiya ikiqat dünya çempionu Fərid Mansurova

 

Hörmətli Fərid Mansurov!

Sizi - Azərbaycan güləş məktəbinin görkəmli nümayəndəsini böyük idmandan yola salarkən yarış meydanlarında göstərdiyiniz yüksək nailiyyətlər gözlərimiz önündə canlanır.

Siz beynəlxalq miqyasda tanınan ölkəmizin idman tarixinə adı parlaq hərflərlə yazılan məşhur idman ustalarındansınız. Zəngin ənənələrə malik Azərbaycan güləş məktəbinin yetirməsi olaraq idman aləmində keçdiyiniz şərəfli yolu hər birimiz qürur fərəh hissi ilə xatırlayırıq.

İlk qələbələrinizi müstəqil respublikamızın bayrağı altında yunan-Roma güləşi üzrə gənclərdən ibarət milli yığma komandamızın tərkibində beynəlxalq miqyaslı yarışlarda qazanmısınız. 2004-cü il Afina Yay Olimpiadasının çempionu adına layiq görülməyiniz isə hamımızı ürəkdən sevindirmişdir. Həmin uğurların davamı kimi sonrakı illər ərzində ikiqat dünya çempionu adını almağınız Sizin yüksək səviyyəli peşəkar idmançı olduğunuzu bir daha təsdiq etmişdir.

Ölkəmizdə idmanın inkişafı naminə verdiyiniz töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilmiş Siz "Şöhrət" ordeni, "Tərəqqi" medalı, eləcə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü ilə təltif edilmisiniz.

Sizə uzun ömür, cansağlığı səadət arzulayıram. Ümidvaram ki, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi olmaqla Siz respublikamızda bundan sonra da yeni gənc pəhləvanlar nəslinin yetişdirilməsi üçün öz zəngin təcrübə bacarığınızı əsirgəməyəcəksiniz.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.-17  iyul.- S.  3.