Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da Fəxri xiyabana gəlmişdir.

Mavritaniya dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla andı, ulu öndərin məzarı önünə əklil qoydu.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etdi, məzarı üzərinə gül dəstəsi düzdü.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  17 iyul.- S.  3.