Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycanda rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Məhəmməd Uld Əbdüləziz "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Mavritaniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Məhəmməd Uld Əbdüləziz Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 iyul.- S.  3.