"Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1055-IIIQ nömrəli qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1055-IIIQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1055-IIIQ nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1055-IIIQ nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.-  18 iyul.- S.  3.