Səfər başa çatdı

 

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatmışdır.

Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Batumi hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Batumi hava limanında Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs yola saldılar.

 

* * *

 

Həmin gün axşam dövlətimizin başçısı vətənə qayıtdı.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-20   iyul.- S.  2.