Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarını ziyarət etmişlər

 

Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndələri Milli Mətbuat Günü münasibətilə iyulun 22-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Sonra böyük mütəfəkkir, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı ziyarət olunaraq önünə əklil qoyulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  23 iyul.- S.  4.