Türkiyəli jurnalistlər AzərTAc-da olmuşlar

 

Türkiyə Jurnalistlər Birliyinin (TJB) sədri Atilla Sertelin başçılığı ilə bir qrup türkiyəli jurnalist iyulun 22-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.

Baş direktor Aslan Aslanov Azərbaycanın dövlətçilik tarixi, AzərTAc-ın yaranma zərurəti və keçdiyi tarixi inkişaf yolu barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, müasir Azərbaycan dövlətinin inkişafının əsas hissəsi, eləcə də agentliyin inkişafının bir qərinədən artıq hissəsi görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin uzaqgörən daxilixarici siyasəti nəticəsində Azərbaycan dünyada öz layiqli yerini tutmuş, mövqelərini möhkəmləndirmişdir. Heydər Əliyevin diqqət və qayğısı nəticəsində dünya informasiya məkanına çıxan AzərTAc beynəlxalq əlaqələrini ildən-ilə genişləndirir.

AzərTAc-ın Türkiyənin Anadolu Agentliyi ilə həm birbaşa, həm də bir sıra beynəlxalq qurumlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılmış, Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) çərçivəsində görülmüş işlər xüsusi qeyd edilmişdir.

Nümayəndə heyətinin rəhbəri Atilla Sertel ətraflı məlumata görə minnətdarlıq etmiş, Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə AzərTAc-ın Baş direktorunukollektivi təbrik etmişdir. O, jurnalistlərin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin əlaqələrimizin daha da genişlənməsinə xidmət etdiyini söyləmişdir.

Görüşdə AzərTAc-la TJB arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.-23  iyul.- S.  7.