Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Nika Qilaurini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Gürcüstanın Baş naziri Nika Qilaurini qəbul etmişdir.

Baş nazir Nika Qilauri Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyevin Gürcüstana son səfərinə toxunan Baş nazir bu səfər zamanı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində qəbul edilən qərarların önəmini vurğuladı. O, ölkəmizə səfərinin əsas məqsədlərindən birinin həmin qərarların yerinə yetirilməsi ilə bağlı olduğunu qeyd etdi.

Batumidə danışıqların yekunları ilə bağlı hökumətə müvafiq tapşırıqlar verdiyini bildirən dövlətimizin başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclaslarında bu məsələlərin həllinin reallaşacağına ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 iyul.- S.  1.