Əhalinin sosial təminatı daha da yaxşılaşır

 

Ölkəmiz həyat səviyyəsinin yüksəliş dinamikasına görə dünya liderləri sırasında yer alır

 

Azərbaycanda sosial-iqtisadi sahədə yaşanan sürətli inkişafın xarakterik xüsusiyyətlərindən biribu tərəqqinin hər bir ölkə vətəndaşının həyatında özünü göstərməsidir. Bunun nəticəsidir ki, əhalinin maddi gəlirlərinin artım nisbətinə görə Azərbaycan dünya miqyasında ön yerləri tutan dövlətlər arasında yer alır. Lakin ölkəmizin sosial-iqtisadi inkişafı əhalinin həyatında təkcə maddi gəlirlərin artması ilə xarakterizə olunmayıb, digər səviyyələrdə də özünü aydın büruzə verir. Buraya həyat səviyyəsinin bütün əsas göstəricilərinin daha da yaxşılaşması, eləcə də əhali tərəfindən istehlak olunan məhsulların miqdarçeşidinin çoxalması, xidmət sahələri, onların müxtəlif növlərindən istifadə miqyasının genişlənməsi və digər belə sahələr aid edilir.

 

Qarşıdakı dövr ərzində Azərbaycanda yaşayış səviyyəsinin daha da yaxşılaşaraq ən qabaqcıl dünya standartlarına cavab verəcəyi gözlənir. Çünki dövlətin həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətində duran əsas məqsədlərdən biri də məhz bu məqamı özündə ehtiva edir. Yaşayış səviyyəsinin yüksəlməsi fonunda diqqət yetirilən əsas məsələlərdən biri əhalinin sosial təminatının daha da gücləndirilməsi, pensiya və müavinətlərin həcminin artırılmasıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bununla bağlı demişdir: "Gələn aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur. Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları varbiz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar, xüsusilə o qədər də böyük imkanlara malik olmayan insanlar".

Ümumiyyətlə, dövlət tərəfindən həyata keçirilən sosial siyasətə uyğun olaraq hər il pensiya və müavinətlərin artırılması ölkəmizdə ənənə halını alıb. Cari ilin üçüncü rübü ərzində növbəti dəfə belə bir artımın olacağı isə Prezident İlham Əliyevin yuxarıda səslənən fikirlərindən də aydın görünür. Pensiyalarla yanaşı, əhalinin aztəminatlı təbəqəsinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə onlara ünvanlı sosial yardımların verilməsi də davam etdirilməkdədir. Dövlət büdcəsi hesabına ödənilən maaşların və digər müavinətlərin, eləcə də özəl sektorlarda çalışan insanların əməkhaqlarının artan xətt üzrə inkişafı son nəticədə maddi rifah halının yüksəlməsinə təkan verən əsas amillərdən birinə çevrilib. Xüsusən də sahibkarlığın inkişafına dövlət tərəfindən yaradılan şərait və tətbiq olunan güzəştlər bu sahədə çalışanların daha çox maddi gəlir əldə etməsinə şərait yaradıb.

Bütün bunların məntiqi nəticəsidir ki, 2010-cu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,7 faiz artaraq 11,5 milyard manata çatıb. Hesablamalar göstərir ki, bu zaman hər bir nəfərə düşən gəlirlər 8,4 faiz artaraq 1290 manata, orta hesabla isə ayda 215 manata çatıb. Əldə edilən gəlirlərin xərclər təyinatı da insanların maddi rifahının sürətlə yüksəlməkdə olduğundan xəbər verir. Belə ki, əhalinin gəlirlərinin 70 faizi son istehlaka, 9,7 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Əhalinin gəlirlərinin artması təbii olaraq insanların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə münbit zəmin yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz artaraq 6,3 milyard manata, pullu xidmətlərin həcmi isə 10,5 faiz çoxalaraq 2 milyard manata çatıb. Realizə olunmuş əmtəələrin yarıdan çoxu ərzaq məhsulları, təxminən 34 faizini isə qeyri-ərzaq malları təşkil edib. Cari ilin ilk 6 ayı ərzində istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarının satışında böyük artım yaşanıb və müvafiq olaraq, 7,6 və 11,1 faizə çatıb.

Yaşayış səviyyəsinin yüksəlməsi, insanların maddi gəlirlərinin artması, yeni yerlərinin açılması öz növbəsində yoxsulluq həddində yaşayanların sayının da sürətlə azalmasına səbəb olur. Hesablamalar göstərir ki, dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son altı ildə yoxsulluq şəraitində yaşayanların sayı dörd dəfədən çox aşağı düşüb. Hazırda ölkə əhalisinin 11 faizi yoxsulluq şəraitində yaşayır ki, onlara da dövlət tərəfindən daim qayğı göstərilməkdədir. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi olaraq isə yaxın bir neçə ildə Azərbaycanda, ümumiyyətlə, yoxsulluq həddində yaşayan insan qalmayacaq. Buna nail olmaq Azərbaycan iqtisadi siyasətinin əsas məqsədlərindən birini təşkil edir. Ölkəmizdə yeni yaradılan yerləri də bu istiqamətdə atılan vacib addımlardan biridir. Son altı ildə isə ölkəmizdə təxminən 900 min yeni yeri açılıb ki, onlardan 600 mindən çoxu daimi yeridir. Bu ilin ilk altı ayında isə yeni açılan yerlərinin sayı 36 minə çatıb.

Əlbəttə ki, əhalinin sosial təminatının güclənməsində mühüm rol oynayan amillərdən biribu sahədə müasir tələblərə cavab verən infrastrukturun yaradılmasıdır. Sözügedən sferada isə nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında və uğurla icra olunur. Hətta ötən il özünün zirvə nöqtəsinə çatanbir sıra sahələr üzrə fəsadları indiyə kimi aradan qalxmayan qlobal maliyyə böhranı da Azərbaycanda sosial infrastrukturun güclənməsinə, müasirləşməsinə xidmət edən layihələrin icrasında hər hansı ləngiməyə yol açmayıb. Bunun nəticəsidir ki, ölkəmizdə sosial infrastrukturun, o cümlədən xəstəxanalar, məktəblər, idman kompleksləri, mədəniyyət ocaqları və digərlərinin yaradılması prosesi böyük vüsətlə gedir. Özübu proses paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bütün bölgələrini əhatə edir.

Sosial infrastrukturun möhkəmləndirilməsi istiqamətində görülən işlər öz növbəsində xeyli sayda yerlərini özündə cəmləşdirən sahələr sırasında yer alan inşaatın da inkişafına təsirsiz ötüşməyib. Ümumiyyətlə isə, cari ilin əvvəlindən inşaat kompleksində 3,8 milyard manat məbləğində vəsaitdən istifadə edilib. Həmin vəsaitin 65,9 faiziya 2,5 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 2009-cu ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 10,9 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 5,3 faiz artıb. Aparılmış inşaat işləri nəticəsində bir sıra istehsalsosial obyektlər istifadəyə verilib. Hesablamalar göstərir ki, altı ay ərzində ümumi sahəsi 705,5 min kvadratmetr olan yaşayış evləri, ümumtəhsil məktəbləri, növbədə 40 nəfərə xidmət göstərə bilən ambulatoriya-poliklinika müəssisəsi, 135 çarpayılıq xəstəxana, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dalğa Plaza" və sərgi mərkəzləri, Naxçıvanda avtomobil zavodu, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Qəbələdə "Gilan" piano fabriki, "Qafqaz Resort" mehmanxanası, "Fitnes" sağlamlıq mərkəzi, avtovağzal binası, meyvə-tərəvəz soyuducu anbarı, Biləsuvarda konserv zavodu, regional anauşaq mərkəzi, Cəlilabad rayonunda müalicə-diaqnostika mərkəzi, şahmat məktəbi, Göytəpə su anbarı, şərab emalı sexi, Salyanda soyuducu anbar kompleksi, Lənkəranda konserv zavodu, çay fabriki, regional boks mərkəzi, dondurma fabriki, GöyçayAğdaşda Olimpiya idman kompleksləri, digər istehsalqeyri-istehsal təyinatlı obyektlər istismara verilib. Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 3 milyard 549 milyon manat vəsaitin 1 milyard 158,8 milyon manatından istifadə edilib.

İnşaat sektorunda diqqətçəkən məqamlardan biridaha çox insanın yaşayış mənzilləri sahibinə çevrilməsidir. Buna təkan verən əsas səbəblərdən biri isə ipoteka kreditləşməsidir. İpoteka kreditləşməsi məqsədilə isə Bakı Fond Birjasında İpoteka Fondunun istiqrazları yerləşdirilir. Həmin istiqrazlara tələb isə daim yüksək olub. İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının hərracda növbəti yerləşdirilməsi cari ilin iyulun 26-da həyata keçirilib. Hərraca 3 milyon manat həcmində istiqraz çıxarılıb. Məlumat üçün bildirək ki, istiqrazların son ödənmə tarixi 11 dekabr 2019-cu ildir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3,25 faiz təşkil edir. Bu istiqrazların yerləşdirilməsinə 1 fevral 2010-cu il tarixində başlanılıb.

Qeyd edilənlər ölkəmizdə nəticə etibarilə əhalinin sosial təminatının güclənməkdə olduğunu təsdiqləyir. Hazırda Azərbaycanda sosial təminatın daha da yaxşılaşdırılması məqsədilə yürüdülən siyasət isə həm də ölkəmizdə həyat səviyyəsinin sürətlə yüksəlməsinə özünəməxsus töhfə verir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 29  iyul.- S.  1.