YUNESKO-nun baş direktoru xanım İrina Bokova ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  30 iyul.- S.  2.