Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident, əziz qardaşım!

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı səadət, qardaş Azərbaycan xalqına müdrik rəhbərliyiniz altında tərəqqi firavanlıq arzulayıram.

Bu xoş təsadüfdən istifadə edərək ölkələrimiz arasındakı islam qardaşlığı, həmrəylik qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, beynəlxalq ikitərəfli problemlərin həlli naminə davamlı səmərəli məsləhətləşmələr apardığınıza görə Zati-alinizə dərin minnətdarlığımı bildirirəm. Allah-Taaladan islam ümmətinin problemlərinin ədalətlə həll edilməsində, xalqlarımızın səylərinin müvəffəqiyyətlə həyata keçirilməsində bizə öz köməyini əsirgəməməsini rica edirəm.

Bir daha Sizə dərin ehtiram bəslədiyimi bildirirəm. Zati-aliləri, təbriklərimi qəbul etməyinizi rica edirəm.

 

 

VI MƏHƏMMƏD,

Mərakeşin Kralı

 

Azərbaycan.- 2010.- 1 iyun- S.  2.