Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycanın Respublika günü kimi xoş münasibətlə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.

Qətiyyətlə inanıram ki, iki qardaş ölkə arasında illər boyu inkişaf etdirdiyimiz çox yaxşı ikitərəfli münasibətlər gələcəkdə xalqlarımızın qarşılıqlı rifahı naminə daha da möhkəmlənəcəkdir.

Zati-aliləri, ən xoş arzularla Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan Respublikasının qardaş xalqına isə davamlı sülh, tərəqqi əmin-amanlıq diləyirəm.

 

 

Zillur RƏHMAN,

Banqladeş Respublikasının Prezidenti

 

Azərbaycan.- 2010.-1  iyun- S.  2.