Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Milli bayramınız - Respublika Günü münasibətilə Dağıstan xalqı adından şəxsən öz adımdan Sizə bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Dağıstan ilə Azərbaycanı tarixən yaranmış, xalqlarımızın ortaq tarixi talelərinə qarşılıqlı etimada, mədəni sosial-iqtisadi əlaqələrin zəngin təcrübəsinə əsaslanan möhkəm dostluq mehriban qonşuluq ənənələri bağlayır.

Əminəm ki, Dağıstan-Azərbaycan dostluğunun əməkdaşlığının möhkəmlənməsi naminə səylərimizi bundan sonra da artıracağıq.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işinizdə uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq əmin-amanlıq arzulayıram.

Hörmətlə,

 

 

Maqomedsalam MAQOMEDOV,

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2010.- 1 iyun- S.  2.