2010-cu il aprelin 7-də Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi Estoniya Respublikasının Təhsil Tədqiqat Nazirliyi arasında təhsil tədqiqat sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il aprelin 7-də Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi Estoniya Respublikasının Təhsil Tədqiqat Nazirliyi arasında təhsil tədqiqat sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Estoniya Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 3 iyun.- S.  1.