Azərbaycan Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasının üzvü Verner Qruberin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasının üzvü Verner Qruberin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 iyun- S.  1.