Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Makedoniya Respublikası adından öz adımdan Sizə ölkənizin xalqına ən xoş arzularla rifah əmin-amanlıq diləyir, ən səmimi təbrikləri çatdırmaqdan xüsusi şərəf duyuram.

Zati-aliləri, bu rəsmi fürsətdən istifadə edərək, tam əmin olduğumu bildirirəm ki, biz birgə səylərlə həm ikitərəfli, həm çoxtərəfli səviyyədə ümumi maraq doğuran bütün sahələrdə Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin əməkdaşlığın daha da inkişaf etməsinə töhfə verə bilərik.

Zati-aliləri, Sizə cansağlığı işlərinizdə uğurlar diləyir, ən səmimi təbrikləri çatdırır, ən yüksək hörmət ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

 

Gyorge İVANOV,

Makedoniya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2010.- 3 iyun- S.  1.