Azərbaycan Respublikasının Ailə Məcəlləsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 992-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 992-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 992-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 992-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 3, I kitab, maddə 164; 2002-ci il, 7, maddə 412, 8, maddə 478, 12, maddə 716; 2003-cü il, 6, maddə 290; 2004-cü il, 7, maddə 526; 2006-cı il, 12, maddə 1034; 2007-ci il, 3, maddə 226) 2-ci bəndinə aşağıdakı əlavələr və dəyişiklik edilsin:

2.1. dördüncü abzasa 163.2, rəqəmindən sonra 166.3 (üçüncü halda), 166.4 (ikinci halda), sözləri əlavə edilsin;

2.2. altıncı abzasda və 159.2-ci rəqəmi ,159.2 və 166.2-ci rəqəmləri ilə əvəz edilsin;

2.3. aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:

həmin Məcəllənin 166.3 (birinci və ikinci halda) və 166.4-cü (birinci və üçüncü halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir..

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, III kitab, maddə 612; 2001-ci il, 7, maddə 462, 10, maddə 640, 12, maddə 755; 2002-ci il, 1, maddə 49, 5, maddələr 260, 275, 8, maddələr 478, 484, 486; 2003-cü il, 6, maddə 299, 8, maddə 434, 9, maddə 478, 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, 1, maddələr 19, 26, 3, maddələr 138, 141, 4, maddə 235, 5, maddələr 340, 341, 343, 345, 346, 8, maddələr 607, 608, 11, maddə 909, 12, maddə 1005; 2005-ci il, 2, maddələr 67, 69, 4, maddələr 299, 303, 8, maddə 702, 9, maddələr 801, 802, 12, maddə 1101; 2006-cı il, 2, maddə 83, 4, maddələr 321, 322, 5, maddə 407, 7, maddə 590, 8, maddələr 662, 663, 674, 675, 679, 9, maddə 743, 11, maddələr 942, 945; 2007-ci il, 1, maddə 11, 2, maddə 87, 3, maddə 230, 7, maddə 715, 8, maddələr 767, 769, 11, maddələr 1110, 1116, 1120, 12, maddə 1227; 2008-ci il, 1, maddə 7, 3, maddə 186, 6, maddələr 504, 507, 7, maddə 617, 8, maddə 713, 9, maddə 798, 10, maddə 894, 11, maddələr 969, 971, 980, 12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, 3, maddə 163; 2009-cu il, 4, maddə 226, 5, maddə 330; 7, maddələr 532, 535, 539, 540, 542) aşağıdakı əlavələr edilsin:

3.1. 2.4-cü bənddə 67-ci rəqəmindən sonra , 326-4.1-ci, 326-4.2-ci rəqəmləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 3.66-cı bənd əlavə edilsin:

3.66. həmin Məcəllənin 326-4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi baxır..

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il.

 

Azərbaycan.-2010.- 3 iyun.- S.2.