Azərbaycan Respublikası Mavritaniya İslam Respublikası arasında 2010-cu il aprelin 9-da Bakı şəhərində imzalanmış sənədlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. Azərbaycan Respublikası Mavritaniya İslam Respublikası arasında 2010-cu il aprelin 9-da Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti Mavritaniya İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu;

1.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Mavritaniya İslam Respublikasının Xarici İşlər Əməkdaşlıq Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Mavritaniya İslam Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 5 iyun.- S.  2.