Türkiyə-Azərbaycan dostluğu əbədidir

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İstanbulda keçirdiyi mətbuat konfransında Türkiyə-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bildirmişdir.

Qardaş ölkələrimizin dostluğunun əbədi olduğunu söyləyən Əhməd Davudoğlu bu əlaqələrin perspektivlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət Etimad Tədbirlərinə dair Konfransın (CİCA) 3-cü zirvə görüşü çərçivəsində müzakirələr olunacağını əlavə etmişdir. Bu səfər zamanı Türkiyə Azərbaycan arasında enerji sazişinin imzalanması da gözlənilir.

Türkiyə xarici siyasət idarəsinin başçısı rəsmi Ankaranın Dağlıq Qarabağ problemini bütün beynəlxalq platformalarda müzakirə etdiyini söyləmiş, Azərbaycan Prezidentinin CİCA zirvə görüşündə iştirakı zamanı da bu barədə ətraflı fikir mübadiləsi aparılacağını bildirmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.-8  iyun- S.  5.