Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul etmişdir.

Dövlətimizin başçısı hazırkı dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu demiş ölkəmizin müvafiq strukturları ilə Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır. Prezident İlham Əliyev bu yaxınlarda Avropa Parlamentinin Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması ilə bağlı qəbul etdiyi qətnamənin əhəmiyyətini qeyd etmişdir.

Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Provera Azərbaycan hökumətinin rəsmiləri parlament üzvləri ilə aparılan qarşılıqlı fikir mübadiləsi dialoqların artıq mütəmadi xarakter daşıdığını bildirmişdir. O, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 11 iyun- S.  2.