Polad Bülbüloğlu "Xeyirxah sülh mələyi" layihəsi çərçivəsində fəxri akademik nişanı ilə təltif edilmişdir

 

Moskvanın Krımskiy val küçəsindəki İncəsənət Parkında "Xeyirxah sülh mələyi" layihəsi çərçivəsində açıq səma altında "Open Air Party" adlı tədbir keçirilmişdir. Möhtəşm "Xeyirxah sülh mələyi" xeyriyyə layihəsi çərçivəsində müasir Rusiyanın görkəmli nümayəndələrinin heykəltəraşlıq portretlərinin (büstlərinin) açılış mərasimi, konkret şəxslərə həsr edilmiş "Vətəndaş. Vətənpərvər. Sülhün keşikçisi" ulduzların təntənəli açılış mərasimi, habelə "Rusiyanın yeni dövr tarixi - elm, mədəniyyət, cəmiyyət. 2005-2009-eu illər" ensiklopediyasının təqdimat mərasimi keçirilmiş, bu nəşrin qəhrəmanlarına fəxri akademik nişanları təqdim edilmişdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu "Elmə ədəbiyyətə verdiyi töhfəyə görə" fəxri akademik nişanına layiq görülmüşdür. Fəxri mükafat təqdim ediləndən sonra P.BüIbüloğlu tədbirin təşkilatçılarına onun fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu, bütün Azərbaycan xalqına verilən qiymətdir.

Qeyd etmək lazımdır ki, bu ensiklopediya müasir Rusiyanın elmi, mədəni mənəvi potensialını təşkil eden görkəmli ictimai xadimlərə - Beynelxalq Xeyriyyə Akademiyasının, Beynəlxalq İctimai Elmlər Akademiyasının, habelə Beynəlxalq Mədəniyyət İncəsənət Akademiyasının həqiqi üzvlərinə sosial tərəfdaşlarına həsr edilmişdir.

Tədbir tanınmış mədəniyyət xadimlərinin, "Dobraya pesnya Rossii-2010" festivalının laureatları olan Rusiya estradası ulduzlarının iştirakı böyük bayram konserti ilə başa çatmışdır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 13 iyun.- S.  8.