"Azərbaycan TeleviziyaRadio Verilişləri" QSC-də TeleviziyaRadio Akademiyasının təntənəli açılış mərasimi keçirilmişdir

 

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində Televiziya və Radio Akademiyasının təntənəli açılış mərasimi keçirilmişdir.

Çox qısa müddətdə Televiziya və Radio Akademiyasının müasir standartlara cavab verən maddi-texniki bazası formalaşdırılmışdır. Azərbaycan Radiosunun binasında yerləşən akademiyada çəkiliş və montaj avadanlığı quraşdırılmış, çəkiliş pavilyonları və səsyazma studiyası yaradılmışdır.

Akademiyanın yaradılmasından məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir.

Yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dan tanınmış telemütəxəssislərin dərs demək üçün akademiyaya dəvət olunması, gələcək müdavimlərin təcrübə mübadiləsini həmin ölkələrdə keçməsi nəzərdə tutulur. Tədrisin 2010-cu ilin sentyabrından başlanması planlaşdırılır.

Xatırladaq ki, Etibar Babayev TeleviziyaRadio Akademiyasının rektoru təyin edilmişdir.

 

 

Azərbaycan.- 2010.- 17 iyun- S.  4.