Daşkəsən gəl-gəl deyir

 

Bu yerlər əsl istirahət, turizm məskənidir

 

Əziz daşkəsənlilər. Çox şadam ki, bu gün sizinlə birlikdəyəm. Ağsaqqal öz çıxışında daşkəsənlilərin mənə olan münasibətini bildirdi. Mən də öz tərəfimdən demək istəyirəm ki, daşkəsənliləri sevirəm, daşkəsənliləri dəstəkləyirəm və Daşkəsənin hərtərəfli inkişafı üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.

 

 

İlham ƏLİYEV

 

 

 Tükənməz təbii sərvətlərinə görə "Azərbaycanın Uralı" kimi tanınan Daşkəsən ölkə rəhbərliyinin həmişə diqqət mərkəzindədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Daşkəsənin dirçəlişi və sürətli yüksəlişi üçün çox mühüm tədbirlər nəzərdə tutulmuşdu. Daşkəsən dəmir filiziXoşbulaq fülüslük əhəng daşı ehtiyatlarından səmərəli istifadə olunması, Zəylik alunit mədəninin bərpası, Çovdar qızıl yatağının istismarı, şəhər kanalizasiyasu xəttinin çəkilişi, bir sıra məktəb binalarının təmiri və inşası ilə bağlı xeyli işlər görülməli idi.

Təəssüf ki, bu tədbirlərin çoxu vaxtında və nəzərdə tutulan səviyyədə həyata keçirilmədi. İllər boyu hökm sürən durğunluq nəticəsində əmək intizamı pozulmuş, mənəvi psixoloji mühit gərginləşmiş, bir növ, hərc-mərclik yaranmışdı. Ona görə də rayonda kadr dəyişikliyi aparıldı. Yeni icra başçısı Tahir Kərimovun ayağı sayalı oldu. 2006-cı il iyulun 13-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı" barədə sərəncam imzaladı. Bu, dağlar diyarı üçün misli görünməmiş bir , Daşkəsənin bu gününə və sabahına dövlət qayğısının parlaq nümunəsi idi. Həmin sərəncamda həyatın hər sahəsini əhatə edən çox mühüm tədbirlər nəzərdə tutulmuşbununla əlaqədar kifayət qədər vəsait ayrılmışdı.

Ən əsası budur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ulu dağların tükənməz sərvəti əsasında ölkədə güclü-qüvvətli polad kompleksinin yaradılması qərara alınmışdır. 2008-ci ilin mart ayında dövlət başçısı Daşkəsən xammalına əsaslanaraq Gəncədə polad kompleksininDet-al alüminium zavodunun təməlqoyma mərasimində iştirak etmişdir. Bu, qeyri-neft sektorunun inkişafı yolunda atılan ən böyük addımlardan biri sayılır. Dövlət başçısı dedi ki, həmin zavodlarda ildə bir milyon ton poladyüz min ton alüminium istehsal olunacaq. Bütün bunları düşündükcə Daşkəsənin yüksəlişinin yeni üfüqləri çox aydın görünür.

Prezident İlham Əliyevin qayğı və diqqətindən ruhlanan daşkəsənlilər həvəslə, ruh yüksəkliyi ilə işə girişdilər. Bu cür böyük perspektivi olan rayonun icra başçısı Tahir Kərimov ilk öncə Prezident sərəncamının icrasının təşkilini, genişmiqyaslı abadlıq və quruculuq işlərinin görülməsini, sahibkarlığın inkişafını, insanlara qayğı və diqqətin artırılmasını, hər kəsin həyat şəraitinin yaxşılaşdırılması məsələlərini ön plana çəkdi. Beləliklə, dağlar diyarının yeni həyatı başlandı. Qısa müddət ərzində rayonun tarixində əlamətdar hadisə baş verdi. İllər boyu hamının narazılığına səbəb olan Gəncə-Daşkəsən-Xoşbulaq yolu çəkildi. Uzunluğu 47,4 kilometr! Bu, təkcə daşkəsənlilərə yox, bütövlükdə qərb bölgəsi üçün Xoşbulaq yaylağına istirahətə gələnlərə dəyərli töhfə oldu.

 

Laqeydlik buzu əridi

 

 Hər yanda qızğın başlandı. Tahir Kərimov təcrübəli adamdır. Müəyyən göstəriş verməklə kifayətlənmir, müntəzəm surətdə onun icrasını yoxlayırdı. Ona görə də hər sahədə bulaq kimi qaynamağa başladı. Daxili imkanlar hesabına asfalt zavodu quruldu. Süd emalı müəssisəsi açıldı. Arıçılıq birliyi yaradıldı. Daşkəsəndə, BayanQuşçu kəndlərində xalça sexləri işə salındı. "Narzan" istirahət mərkəzi işə düşdü. Xoşbulaq yaylağının görkəmi tamamilə dəyişdi. Ən ucqar kəndlərdə belə, təbii qazelektrik enerjisi təchizatının yaxşılaşdırılmasından tutmuş, səhiyyə, maarif və mədəniyyət müəssisələrinin, mərkəzi bazarın, mehmanxananın yenidən qurulmasına kimi saysız-hesabsız işlər görüldü.

Hər yanda sosial obyektlərin inşasına xüsusi fikir verilirdi. Daşkəsən qəsəbəsində və Çovdar kəndində yeni məktəb binaları tikildi. Səkkiz mədəniyyət obyekti, habelə mərkəzi xəstəxana əsaslı təmir edildi. Şəhərdə məscid binası ucaldıldı, univermaq yenidən quruldu, onun birinci mərtəbəsində ticarət mərkəzi, ikinci mərtəbəsində tikiş sexi açıldı. BayanQuşçu kəndlərində xalçaçılıq sexləri fəaliyyətə başladı. Xoşbulaq ticarət mərkəzi istifadəyə verildi, Mədənçilər klubu əsaslı təmir olundu, on iki yaşayış binasının dam örtüyü təzələndi, rayonun müxtəlif istiqamətlərində dörd kilometr qaz, altı kilometr telekommunikasiya, 21 kilometr elektrik xətti çəkildi, şəhərin mərkəzində yeni işıqlandırma sistemi yaradıldı.

Əmək veteranı Tahir Məmmədov deyir ki, qırx ildən çoxdur fəal ictimai həyatdayam. Redaksiyada, partiya, sovet işlərində, icra orqanında çalışmışam. Daşkəsənin hər anı gözümün qabağında olub. Hər bir ixtiyar sahibinin üsuluna bələdəm. Lakin son illərdəki coşqunluğu, ədaləti heç vaxt görməmişəm. Tahir müəllim səriştəlidir, səviyyəlidir. Hər sahədə işgüzar mühit yaradıb. Rayonun hər bir guşəsinin tərəqqisi üçün əlindən gələni əsirgəmir. Bax, elə buna görə də dağlar diyarı Daşkəsən gündən-günə gözəlləşir, indi onu tanımaq olmur.

Bu yerlərdə görünməmiş ! İcra hakimiyyətinin təşəbbüsü ilə şəhərdə müasir sukanalizasiya sistemi qurulur. Qəsəbə və kəndlərdə də bu sahədə müəyyən işlər görülür. Aşağı Daşkəsən qəsəbəsində, Bayan, Covdar, Zağalı, Qabaqtəpə, Quşçu kəndlərində mövcud su xətləri bərpa olunur, yeniləri çəkilir.

Bir sözlə, hər sahədə həyat öz axarına düşdü, yollar çəkildi, körpülər salındı, köhnə obyektlər bərpa olundu, təzə müəssisələr tikildi, yüzlərlə yeni yeri açıldı. Yolların, küçələrin, səkilərin, bağça və bağların, ictimai və fərdi binaların görkəmi dəyişdi.

Daşkəsən haqqında məlum sərəncamın imzalanmasından bir neçə ay keçəndən sonra dövlət başçısı İlham Əliyev bu yerlərə gəldi. Ulu öndərin yeni ucaldılmış əzəmətli abidəsinin önünə gül-çiçək qoydu, zəngin eksponatlı xatirə muzeyinə baxdı. Rayonda görülən işlərlə ətraflı tanış oldu. Təzə yolun açılışında iştirak etdi. Şəhid Anar Mürsəlov adına məktəbə getdi. Qarabağ əlillərinə və şəhid ailələrinə yeni mənzillərin açarlarını payladı.

Prezident İlham Əliyev həyatın müxtəlif sahələrində görülən işlərdən razı qaldığını bildirdi. Dövlət başçısının bu yerlərə tarixi səfəri zamanı dediyi sözlər hər bir daşkəsənlinin ürəyindən xəbər verdi. Cənab İlham Əliyev dedi: "Qısa müddət ərzində rayonun demək olar ki, bütün siması dəyişibdir. Yollar salınıb, asfaltlaşdırılıb, işıq dirəkləri qoyulub, parklar salınıb, binalar təmir olunubrayon çox gözəl görkəm alıbdır. Bütün bunları etmək mümkündür. Bu onu göstərir ki, əgər iradə varsa və əgər düzgün qərarlar qəbul olunursa, hər bir şeyi etmək mümkündür. Qərarlar da qəbul olunur. Bilirsiniz ki, Daşkəsən rayonunun inkişafına dair xüsusi sərəncam imzalanmışdır. Sərəncamda nəzərdə tutulan məsələlər rayonun bütövlükdə abadlaşmasına və infrastrukturun yeniləşməsinə gətirib çıxaracaq və artıq biz bunun ilkin nəticələrini görməkdəyik. Daşkəsən rayonunun rəhbərliyi dəyişdirilmiş, yeni icra hakimiyyəti başçısı təyin edilmişdir. Qısa müddət ərzində böyük işlər görülübdür və bunları qeyd etmək mümkündür. İş görmək üçün qərarlar, proqramlar qəbul olunmalı, maddi vəsait ayrılmalı, düzgün kadr siyasəti aparılmalı və yerlərdə işləyən insanlar öz vəzifə borcunu ləyaqətlə icra etməlidirlər. Bütün bunlar Daşkəsən rayonunun timsalında varçox şadam ki, mənim təyin etdiyim icra hakimiyyəti başçısı sizin etimadınızı və mənim etimadımı doğruldubdur".

Bununla yanaşı, dövlətimizin başçısı tədbirlər planının daha sürətlə və yüksək keyfiyyətlə icrası üçün konkret tövsiyyə və tapşırıqlar verdi.

 

Bir-birindən uğurlu illər

 

 İş ki, yoluna düşdü, gedəcək. Məlum hadisələrlə əlaqədar olaraq filizsaflaşdırma kombinatı kimi sənaye nəhəngi müvəqqəti dayansa da, Daşkəsənin nəbzi ahəngdar vurur. Ötən il regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq rayonun hər yerində xeyli tikinti, abadlıq, quruculuq işləri görülüb. Ümumdaxili məhsul istehsalı əvvəlki ildəkinə nisbətən 21 faiz artıb. Bu yerlərin sərvəti hər yanda tanınır. Daşkəsən əhəng daşı mədəni İmişli şəkər zavoduna kifayət qədər xammal göndərir. Çovdar qızıl yatağında isə geoloji kəşfiyyat işləri davam edir.

Rayonda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Fərəhli haldır ki, ümumi məhsul buraxılışının 92,7 faizi özəl bölmənin payına düşür. Sahibkarlığa Kömək Milli Fondu hesabına 12 sahibkarlıq subyektinə 695.516 manat güzəştli kredit verilibbu hesaba onlarca yeni yeri açılıb. Belə müəssisələrdən biritikiş sexidir. Uçuq-sökük univermağın köhnə otaqları təmir edilərək yararlı hala salınıb. Rusiyanın müxtəlif şəhərlərindən otuz yeddi ədəd tikmə, kökləmə, naxışvurma və s. dəzgahlar gətirilib. Hazırda burada on səkkiz nəfər çalışır. Hələlik müxtəlif pərdələr və yataq dəstləri hazırlanır.

Rayonda iki kartofçuluq, iki taxılçılıq üzrə toxumluq təsərrüfatı, habelə heyvandarlıq, arıçılıq və damazlıq müəssisələri fəaliyyət göstərir.

Quşçu kəndindəki "Ağbaba" kəndli təsərrüfatına gətirilən 15 baş cins inəklərdən 15 buzov alınıb. Gələcəkdə başqa təsərrüfatlara da cins malın gətirilməsi üçün hazırlıq görülür.

Rayonda maldarlığın inkişafına da xüsusi diqqət yetirilir. Bu məqsədlə baytarlıq idarəsi, diaqnostika mərkəzi və süni mayalanma sexləri üçün binalar inşa edilir. Ət, süd məhsullarının ilbəil artması ilə əlaqədar "Elba" firması Quşçu körpü qəsəbəsində ət kəsimi və süd qəbulu sexləri yaradır. Hazırda burada son tamamlama işləri gedir. Müəssisə fəaliyyətə başlayanda azı 120 nəfər işlə təmin olunacaqdır. Digər sahələrdə də bu cür əməli işlər görülür.

Gəlir, qazanc artdıqca, rayonun mərkəzində, qəsəbə və kəndlərdə abadlıq və quruculuq işləri geniş miqyas alır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün dördmərtəbəli yaşayış binası tikilib. Alunit qəsəbəsində qəza vəziyyətində olan evlərin sakinləri on altı mənzilli binaya köçürülüb. Rayon mərkəzində sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün ikimərtəbəli 16 mənzilli yaşayış binasının inşasına hazırlıq görülür.

Heydər Əliyev Fondu hesabına Yuxarı Daşkəsən qəsəbəsində, Təzəkənd kəndində orta məktəb binaları istifadəyə verilib. Bir neçə məktəbdə əlavə sinif otaqları tikilib. Şəhər 2 nömrəli uşaq bağçasının və uşaq-gənclər idman məktəbinin binaları əsaslı təmir olunub. Mədəniyyət obyektlərinin fəaliyyətinin canlandırılması üçünxeyli görülüb. İl ərzində Bayan, Almabağı kənd, Aşağı Daşkəsən və Quşçu qəsəbə klublarının, Dəstəfur, Zağalı, Dəvrallı kənd kitabxanalarının, Xoşbulaq mədəniyyət evinin, Yuxarı Daşkəsən qəsəbə klubunun binaları əsaslı təmir edilib.

Rayonun mərkəzində səksən çarpayılıq xəstəxana binası tikilir. Çox böyük müalicə-sağlamlıq mərkəzidir. Üç mərtəbəsi hazırdır. Daxildə bəzək işləri gedir. Əlavə korpuslar tikilir.

İl ərzində əhalinin sosial problemlərinin həllinə xüsüsi diqqət yetirilib.

Mərkəzi elektron ATS-də, Bayan, Yuxarı Daşkəsən və Alunitdağ qəsəbə, Qabaqtəpə və Çanaqçı kəndlərinə əlavə bir neçə telefon çəkilib. Əhmədli, Dəstəfur və Zəylik kəndlərində mövcud ATS-lərin müasir tipli elektron ATS-lərlə əvəz edilməsi üçün "KAREL" şirkəti ilə müqavilə bağlanılıb.

"SİP" elektrik kabeli çəkilişi üçün hazırlıq işləri görülür. Daşkəsən-Xoşbulaq magistral qaz xətti, həmçinin Xoşbulaq avtomatik qazpaylayıcı stansiya tam hazırdır. Xoşbulaq kəndinə gedən 15 kilometrlik xətdə qızğın gedir. Yaxın vaxtlarda Quşçu, Bayan, Kəmərqaya və digər sərhəd kəndlərinə təbii qaz çəkilməsi nəzərdə tutulub.

"Ekologiya ili" ilə əlaqədar rayonda yaşıllaşdırma idarəsi yaradılıb. Şəhərin girəcəyində minlərlə sərv ağacı əkilərək yaşıllıq zolağı salınıb. Ümumən son bir neçə ay ərzində rayonun ərazisində 23 min ədəd ağacçoxlu gül kolu əkilib. Yerlərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, hər sahədə təmizliyin təmin edilməsi məqsədilə ərazilər ayrı-ayrı müəssisə, idarə və təşkilatlar arasında bölünüb.

 

Yol işi yoluna düşür

 

 Dağ bölgəsinin ən böyük problemi yollarla bağlıdır. Azacıq yağış yağıb, sel-su düşən kimi yollar, körpülər, keçidlər sıradan çıxır. Gediş-gəliş kəsilir, müəyyən gərginlik yaranır. Dövlət başçısı İlham Əliyev ölkədə magistral yol şəbəkəsinin inkişafı ilə yanaşı, kənd yollarının yenidən qurulmasına da xüsusi diqqət yetirir. Dövlət başçısı görüşlərdən birində dedi: "Rayondaxili yollara və kənd yollarına fikir verilməlidir". Başqa bir söhbətdə bu mühüm işin əməli mexanizminitam dəqiqliyi ilə açıqladı. "Kənd yolları bizim üçün prioritetdir. Düzdür, bu yollar yerli icra orqanları tərəfindən tikilməlidir, təmir olunmalıdır... Nəqliyyat Nazirliyinin infrastrukturu, texnikası, avadanlığı, texnologiyası var. Gələcəkdə yəqin ki, biz buna bir daha baxmalıyıq və kənd yolları da yüksək səviyyəyə çatdırılmalıdır."

Bu sahəyə Daşkəsənin ehtiyacı daha böyükdür. Elə buna görə də bir vaxtlar fəaliyyəti tamamilə dayanmış yerli yol idarəsi bərpa edildi. Onun üçün müvafiq bina tikildi, texniki baza yaradıldı. "Azəryolservis" Səhmdar Cəmiyyətinin köməyi ilə müasir texnika, buldozerlər, avtoqreyder, yükünü özüboşaldan maşın, ekskavator, fəhlələrin daşınması üçün UAZ markalı avtomobil gətirildi.

İdarənin rəisi, təcrübəli yol işçisi Nəriman Süleymanov deyir ki, bütün bunlar, heç şübhəsiz, işlərin sürətinə və kefiyyətinə güclü təkan verir. Cənab Prezidentin tövsiyə və tapşırıqları ilə əlaqədar olaraq ən ucqar dağ kəndlərinə yollar çəkilir. Cari ilin yaz aylarında baş verən təbii fəlakət Daşkəsənin yol təsərrüfatına da ciddi ziyan vurdu. Lakin təcrübəli yol ustaları vaxtında hər şeyi nizama saldılar. İlk öncə, Gəncə-Daşkəsən-Xoşbulaq magistral yolunun istinad divarları, su keçidləri təmir edildi. Daşkəsən-Əmirvar yoluna çınqıl döşəndi. Xoşbulaq-Təzəkənd yolu bərpa olundu. Çıraqlı kəndinə rayonun mərkəzindən getmək mümkün deyildi. Gediş-gəliş yalnız Xanlar rayonundan - Nurud kəndi səmtindən olurdu. Son vaxtlarda bu nizama salındı. Zağalı-Qaraqovlar-Alaxançallı-Zinzahan-Çıraqlı istiqamətində yeni yol çəkildi. Qabaqtəpə-Təzəkənd-Xoşbulaq yolu əsaslı təmir edildi.

Yol düzəldikcə Xoşbulaq yaylağına maraq artır. Bu səfalı guşədə gənclər üçün müasir idman-istirahət mərkəzi yaradılır, turizm marşrutları təşkil edilir. Xoşbulaq gölünün ətrafında yaşıl zona düzəldilir. Ətraf bölgəyə uzanan yollar da sahmana salınır. On iki kilometrlik Quşçu-Zəylik yolunda işlər başa çatıb. Həmin istiqamətdən Qeytul səmtinə doğru yol çəkilib. N.Süleymanov deyir ki, ən əsas qayğımız Dəstəfur-Qıyıxlı-Əhmədli-Mollahəsənli yolunun inşası ilə bağlıdır. Ərazi genişdir. Azı, qırx kilometr olar. Enişi-yoxuşu, dərəsi-təpəsi çoxdur. Artıq yolun bir hissəsində işlər başa çatmaq üzrədir.

Beləliklə, Daşkəsən rayonunda yol işi yoluna düşür. Bu isə turizmin inkişafı üçün etibarlı zəmin yaradır.

 

Kiminsözü var, buyursun

 

Gözəl ənənə yaranıb. İcra orqanları əhali ilə müntəzəm əlaqə saxlayır, yerlərdəki vəziyyət araşdırılır, təhlil edilir. Adamların qayğılarının, tələblərinin, arzu və istəklərinin öyrənilməsi üçün bölgələr üzrə müntəzəm surətdə səyyar qəbullar keçirilir, zona müşavirələri, görüşlər, açıq söhbət günləri təşkil olunur. Heç bir rəsmiyyət, inzibatçılıq olmadan, üzbəüz canlı, işgüzar söhbət başlanır. Kiminsözü var, buyursun, desin.

Rayonun müvafiq təşkilatlarının nümayəndələrinin də iştirak elədikləri belə tədbirlərdə məsələlərin çoxu yerindəcə həll edilir. İcrası mürəkkəb olan işlər barədə isə müvafiq təşkilatlar qarşısında məsələ qaldırılır, icranın təşkilinə müntəzəm nəzarət edilir.

Son günlərdə Daşkəsən şəhərinin özündə, Alpout, Zağalı, Xoşbulaq kəndlərində və başqa yerlərdə səyyar qəbullar maraqlı, məzmunlu keçmişdir. Səyyar qəbullarda, görüşlərdə irəli sürülən məsələlər, qaldırılan problemlər, ayrı-ayrı vətəndaşların müraciətləri, bələdiyyələrin və icra nümayəndələrinin təklifləri ümumiləşdirilir və əməli proqramı hazırlanır. Bu gün fəaliyyətdə olan həmin proqramdan bəzi məsələləri xatırlatmaq istəyirik:

- Sərhəd bölgəsində, eləcə də Zağalı, Qazaxyolçular, Xoşbulaq, Qabaqtəpə, Tapan, Gəlinqaya, Astaf, Qaraqollar, Alaxançallı, Zivlən və Çanaqçı kəndlərinə təbii qaz xəttinin çəkilişi;

- Uzunmüddətli aşınma nəticəsində istifadəyə yararsız vəziyyətə düşmüş şəhər stadionunun yenidən qurulması və əsaslı təmiri;

- Astaf kəndində tibb məntəqəsi üçün müvafiq binanın inşası;

- Qoşqar-Daşkəsən və Gurbulaq - Daşkəsən su xətlərində təmizləyici qurğuların tikintisisu sayğaclarının quraşdırılması:

- Hidrometeoroloji stansiyanın inzibati binasının təmiri və müasir avadanlıqlarla təmin olunması;

- Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün kəndlərdə fərdi yaşayış evlərinin tikintisi;

- Təbii fəlakətdən daha çox zərər çəkmiş Zağalı-Çanaqçı-Alaxançallı, Qaraqollar-Muşavaq, Qaraqollar-Zinzahal, Xoşbulaq-Qabaqtəpə-Astaf kənd yollarının əsaslı təmiri;

- Dəstəfur-Çıraqlı kəndlərarası səkkiz kilometr yolun və həmin yolda olan körpünün bərpası;

- Göygöl rayonunun Əzgilli kəndi ilə Daşkəsən rayonunun Çıraqlı kəndi arasındakı yeddi kilometr yolun əsaslı təmiri;

- Sahibkarlara uzunmüddətli, aşağı faizli kreditlərin verilməsinin təşkili;

- "Alunit" sahəsində torpaq sürüşməsi nəticəsində qəza vəziyyətinə düşmüş 356 kv-luq elektrik yarımstansiyasının başqa yerə köçürülməsi;

- Quşçu kəndinə əlavə içməli su xəttinin çəkilişi;

- Abonentlərin "Smartkart" tipli qaz sayğacları ilə təchiz olunması;

- QuşçuXoşbulaq kəndləri ərazilərində Beynəlxalq Bankın bankomatlarının quraşdırılması;

- Daşkəsən şəhərini içməli su ilə təmin edən əlavə yeni su anbarının tikintisi.

 

Sabahın sorağında

 

Bütün bunlar bir növ, cari işlərdir. Daşkəsənin daha xoş günləri hələ öndədir. Dağlar diyarı həmişə yeniliyin sorağındadır.

Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovla söhbət edirik. Tahir müəllim deyir ki, regionların sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramında dağlar diyarının sürətli yüksəlişi üçün çox böyük tədbirlər nəzərdə tutulub. Xüsusən, ölkənin polad kompleksi işə düşən kimi filizsaflaşdırma kombinatının fəaliyyəti əsaslı bərpa ediləndə və Çovdar qızıl yatağı istifadəyə veriləndə bu yerlərin şöhrəti hər yana yayılacaq, Daşkəsən tanınmaz olacaqdır.

Dövlət başçısı İlham Əliyev bu qlobal işlərin həyata keçirilməsi üçün müvafiq təşkilatlara lazımi göstərişlər vermişdir. Dağlar diyarı Daşkəsənin əsl "Azərbaycan Uralı" səviyyəsinə yüksəlməsi üçün müvafiq tədbirlər görürlür. Hər bir daşkəsənli iftixarla xatırlayır ki, cənab İlham Əliyev Gəncə-Daşkəsən-Xoşbulaq yolunun təməli qoyularkən demişdir: "Rayonunuzun çox böyük imkanları, potensialı var. Burada çox gözəl yerlər var, təbiət çox gözəldir, çox zəngindir. Əminəm ki, bu yol tikiləndən sonra burada turizmin inkişafı daha sürətlə gedəcəkdir. Rayonun infrastrukturuna sərmayələr qoyulacaq və beləliklə, Daşkəsən rayonu sürətlə inkişaf edəcəkdir".

 

***

 

Bu qeydləri hazırlayarkən səfalı Xoşbulaq yaylağına getdik. Yol nizama salınıb. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə burada əsl yaylaq-istirahət zonası yaradılıb. Xoşbulağın mərkəzində isə gənclər-idman istirahət bazası inşa olunur. Belə bir mərkəzin tikilməsi "Azərbaycan gəncliyi Dövlət Proqramında (2005-2009-cu illər)" nəzərdə tutulmuşdu. İndi dövlətin bu tapşırığı da uğurla yerinə yetirilir. Xoşbulaqda bir-birindən yaraşıqlı evlər ucaldılır, yollar çəkilir. Qaz çəkilib, rabitə, nəqliyyat sistemi bərpa olunub. Xoşbulaq gölünün kənarında yaşıl zona yaradılır. Havalar istiləşdiyindən gələnlərin sayı sürətlə artır. Daşkəsənin hər yanı gözəldir, səfalıdır, yaraşıqlıdır. Bu yerlər əsl turizm-istirahət məskənidir. Bax, elə buna görədir ki, bu gün Daşkəsən elə-obaya gəl-gəl deyir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.- 19 iyun- S.  4.