Biliklər iqtisadiyyatının formalaşması alimlərin diqqət mərkəzindədir

 

Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında mərhələlərlə həyata keçirilir. Qloballaşma prosesinin sürətlənməsi ilə paralel ölkədə iqtisadi təhlükəsizliyin daha yüksək səviyyədə təmin olunması zərurəti yaranır. Xarici ölkələrdə və transmilli şirkətlərdə, həmçinin təbiətdə baş verən neqativ dəyişikliklərin milli iqtisadiyyata təsirini azaltmaq üçün yüksək elmi-texnoloji tutumlu istehsal potensialının və intellektual insan resurslarının formalaşdırılmasının əhəmiyyəti artır.

 

Respublikada elmin və innovasiyanın məqsədyönlü inkişafını təmin etmək məqsədilə iqtisadiyyatın texnoloji modernləşdirilməsini həyata keçirməyin, elmi potensialı dayanıqlı iqtisadi inkişafın əsas resurslarından birinə çevirən tədqiqatların və effektiv innovasiya sisteminin strukturunu formalaşdırmağın zəruriliyi alim və mütəxəssislər qarşısında yeni vəzifələr qoyur. Hazırda Azərbaycanda biliklər iqtisadiyyatının formalaşması prosesi gedirbu istiqamətdə AMEA-nın müvafiq qurumları tərəfindən elmi araşdırmalar aparılır.

Ölkədə yaranan yeni iqtisadi münasibətlərin, biliklər iqtisadiyyatı problemlərinin ətraflı müzakirə edilməsi məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutu və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə elmi-nəzəri seminar keçirilmişdir.

Seminarda "İnformasiya iqtisadiyyatının meydana gəlməsi və inkişaf perspektivləri" mövzusunda çıxış edən AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev bildirdi ki, ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və həyata keçirdiyi iqtisadi strategiyanın mahiyyətini ölkənin XXI əsrdəki iqtisadiyyatının biliklərə əsaslanacağı təşkil edir. Bu istiqamətdə son illərdə Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş iqtisadi xarakterli konseptual sənədlərin, eləcə də "2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya" və onun reallaşdırılması üçün dövlət proqramının icrası üzrə müvafiq tədbirlər həyata keçirilir.

Müasir dövrdə dünyanın inkişaf etmiş ölkələrində biliklər iqtisadiyyatının formalaşdığını qeyd edən alim burada elmi, innovasiyaları, intellektual mülkiyyəti xarakterizə edən göstəricilərin əsas götürüldüyünü, bu iqtisadiyyata yalnız sənaye sahələrində deyil, eləcə də digər sahələrdəki ixtiraların, əmtəə nişanlarının, patentlərinin, yeni yaradılmış proqram məhsulu və məlumat bazalarının, televiziya, radiofilm yaradıcılığını əks etdirən məhsulların da aid edildiyini vurğuladı. O, hazırkı dövrün əsas məqsədinin təhsildə, elmdə və ümumiyyətlə, intellektual sahədə əsaslı dəyişikliklərin həyata keçirmək olduğunu bildirdi.

Azərbaycanda elmiiqtisadi xarakterli innovasiyaların məqsədyönlü inkişafının zəruriliyini qeyd edən alim biliklər iqtisadiyyatının formalaşması üçün biliyin genişmiqyaslı inkişafını təmin edən, dünya bazarında rəqabət üstünlüyü verən yeni iqtisadi modelin yaradılmasının vacib şərt olduğunu qeyd etdi. O, mövcud intellektual potensialın imkanlarından istifadə etməklə bərabər, dünyanın qabaqcıl elmi mərkəzlərinin təcrübəsindən faydalanmağın da əhəmiyyətli olduğunu nəzərə çatdırdı.

Qlobal informasiya cəmiyyətində biliyin əmtəəyə çevrildiyini, nəticə etibarilə biliklər iqtisadiyyatını formalaşdırdığını vurğulayan alim biliklər iqtisadiyyatının əsasının Y.Şumpeter, F.HayekF.Maxlup tərəfindən qoyulduğunu xatırlatdı. Dedi ki, Prinston Universitetinin professoru F.Maxlup "Biliklərin istehsalı və yayılması sferası"nı (biliklər sənayesi) iqtisadiyyatın bir sferası kimi təqdim edib.

F.Maxlup 1962-ci ildə nəşr olunmuş "Biliklərin istehsalı və yayılması" kitabında biliklər sənayesini elmi araşdırmalar, təhsil, KİV, informasiya maşınları, informasiya xidmətlərindən ibarət olmaqla 5 qrupa bölmüşdür. Onun nəzəriyyəsində informasiya ilə biliyin eyniləşdirildiyini qeyd edən alim intellektual əməyin fiziki, mexaniki əməyi əvəz etdiyini, əmək alətlərinin intellektuallaşdırıldığını nəzərə çatdırdı. İnformasiya iqtisadiyyatının tərkib hissəsi olan şəbəkə iqtisadiyyatı, İnternet iqtisadiyyatı, media iqtisadiyyatı, kontent iqtisadiyyatı (kontentlərin yaradılıb satılması, distant təhsil, distant tibb, pullu veb-saytlars.), proqram məhsullarının iqtisadiyyatı, telefon xidmətləri iqtisadiyyatı, e-kommersiyas. ilə bağlı məlumatlar verdi. Biliklər iqtisadiyyatında istehsal olunan məhsulların yüksək elmi, texnoloji tutumlu olduğunu vurğulayaraq informasiya qeyri-simmetrikliyi ilə iqtisadi bərabərsizlik arasında asılılığı ifadə etdi. İnkişaf etmiş ölkələrin ən mühüm potensialının həmin ölkələrin yüksək intellektli insanlarının, elm-təhsil mərkəzlərinin təşkil etdiyini bildirdi. Dünya ölkələrində ötən əsrin 60-cı illərində elmin idarə olunması və maliyyələşdirilməsi üzrə yaradılmış hökumət qurumları və onların fəaliyyəti haqqında ətraflı məlumat verdi.

İnformasiya cəmiyyətinin sosial-iqtisadi aspektlərindən danışan R.Əliquliyev qlobal rəqəmsal fərqin mənfi cəhətlərini açıqladı. BMT tərəfindən İC-nin III minilliyin ideologiyası kimi bəyan edildiyini qeyd edən alim bildirdi ki, innovasiya qabaqcıl, yeni texnoloji, elmi biliklərin təklifi ilə onlara olan tələb arasında kommersiya münasibətlərinin qurulması prosesidir. Bu istiqamətdə Azərbaycanda biznes sektoru ilə elmin səmərəli əməkdaşlığı formalaşma mərhələsindədir.

Biliklər iqtisadiyyatının sosial-iqtisadi xarakterli problemlərinə toxunan alim təhsilə, elmə qoyulan kapital, milli iqtisadi təhlükəsizlik sistemi, İC-də gömrük, vergis. mexanizmlərin qurulması, intellektual mülkiyyətin qorunması, informasiya sisteminə vurulan ziyanların qiymətləndirilməsi, İKT-statistikasının təkmilləşdirilməsi və s. haqqında danışdı.

XXI əsrin "bilik iqtisadiyyatı" əsri olduğundan hazırda inkişaf etmiş ölkələrdə milli sərvətin əsas hissəsini insan kapitalı təşkil edir. İKT sahəsində əlverişli elm, təhsil və biznes mühitinin formalaşmasının və bu istiqamətdə ETİ-nin yerinə yetirilməsinin də zəruri məsələ olduğu seminar iştirakçılarının diqqətinə çatdırıldı.

"Biliklər iqtisadiyyatının nəzəri-metodoloji əsasları haqqında" məruzə ilə çıxış edən AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev biliklər iqtisadiyyatının formalaşması problemlərini, onun elmi-nəzəri əsaslarını şərh etdi. Azərbaycanda informasiya cəmiyyəti quruculuğunun dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini qeyd edən alim Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini bildirdi. Hər bir ölkənin davamlı iqtisadi yüksəlişinin təmin edilməsinin, ilk növbədə, elmin müasir tələblərə uyğun inkişaf etdirilməsini tələb etdiyini vurğuladı. Qeyd etdi ki, iqtisadi sferada innovasiyalara əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsiylə bağlı bir sıra aktual problemlərin həlli məhz elminelmi biliklərin inkişaf səviyyəsindən asılıdır.

Nizami Gəncəvinin "Qüvvət elmdədir, başqa cür heç kəs heç kimə üstünlük eyləyə bilməz" kəlamını xatırladan alim elmi biliklərə əsaslanan dayanıqlı iqtisadi sistemin formalaşmasının və inkişafının əhəmiyyətindən danışdı. Respublikada elmin inkişafı istiqamətində həyata keçirilən islahatların müasir dövrün tələblərinə müvafiq biliklər yaratmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Hazırda iqtisad elminin qarşısında duran vəzifələr, elmi inkişafın tənzimlənməsi zəruriliyini, məqsədyönlü elmi fəaliyyətin vacibliyi məsələsini meydana çıxardığını söylədi.

Mütəxəssislərin bazar iqtisadiyyatını üç mərhələyə: hazırlıq, bazara keçidformalaşma dövrünə böldüyünü qeyd edən natiq bazar iqtisadiyyatı sisteminin ziddiyyət doğuran sistem olduğunu da nəzərə çatdırdı. Dünya iqtisadiyyatında bas verən maliyyə böhranının yaranması səbəblərindən danışan alim bu vəziyyətin elmi əsaslara söykənən biliklər iqtisadiyyatının formalaşması ilə aradan qaldırılacağını nəzərə çatdırdı.

Bu gün dünyada informasiya məhsullarının geniş vüsət almaqda olduğunu bildirən İ.Alıyev hər il rəqəmsal informasiyanın həcminin artdığını, inkişaf etmiş ölkələrdə informasiyaya ilkin, təbii sərvət kimi baxıldığını bildirdi. Biliklər iqtisadiyyatının cəmiyyətin davamlı inkişafını təmin edəcəyini, intellektual potensialı, insan kapitalını formalaşdıracağını, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə nail olunacağını, iqtisadi sistemlər arasındakı mübarizənin zəifləyəcəyini, rəqabətqabiliyyətli məhsul istehsalına stimul yaranacağını, ölkənin beynəlxalq miqyasda nüfuzunun daha da yüksələcəyini qeyd etdi.

"Biliklər iqtisadiyyatı - yeni iqtisadi inkişaf modeli kimi" adlı məruzə ilə çıxış edən AMEA-nın İqtisadiyyat İnstitutunun direktor müavini, iqtisad elmləri namizədi Allahyar Muradov biliyin istehsalı, mənimsənilməsi, yayılması, qorunması prosesini özündə cəmləşdirən biliklər iqtisadiyyatında biliyin və texnologiyaların hakim mövqe tutduğunu vurğuladı. Alim ABŞ, Yaponiya, Cənubi Koreya, Çinbir sıra Qərbi Avropa ölkələrinin buna nail olduğunu söylədi. Adıçəkilən ölkələrdə son illərdə baş verən iqtisadi artımın 60-80 faizi məhz biliyin, elmin, təhsilin, elmtutumlu sahələrin payına düşdüyünü və hazırda iqtisadi inkişafda onların mərkəzi yer tutmaqda olduğunu qeyd etdi: "İnformasiya bilik iqtisadiyyatının bazası kimi çıxış edir. İnformasiya iqtisadiyyatı ilə bilik iqtisadiyyatını fərqləndirən əsas cəhət informasiyanın xammal xarakterli olmasıdır. Başqa sözlə, bilik iqtisadiyyatında informasiya yeni məhsulun istehsal edilməsi üçün "xammal" rolunu oynayır. Əldə olunan, yaxud alınan "xammalın" emal edilməsi üçün ixtisaslı kadrlara, alimlərə, mütəxəssislərə, eləcə də onların məhsuldar fəaliyyət göstərməsi üçün əlverişli mühitin yaradılmasına ehtiyac yaranır".

Çıxışının sonunda Azərbaycanda biliyə əsaslanan yeni iqtisadi inkişaf modelinin qurulması üçün elm və təhsilin, elm tutumlu sənaye sahələrinin inkişaf etdirilməsi, insan kapitalının formalaşması sahəsində tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirdi.

Elmi-texniki sahədə birgə tədqiqatlar aparmaq, əməkdaşlıq əlaqələri yaratmaq məqsədilə Cənubi Koreya Respublikası tərəfindən AMEA İTİ-yə ezam olunmuş professor Cey Sanq Con "Biliklər iqtisadiyyatının formalaşmasının Koreya təcrübəsi" adlı məruzə ilə çıxış etdi.

O, Azərbaycan Respublikası ilə Cənubi Koreya arasında elmi-texniki sahədə əməkdaşlıq əlaqələrinin son illər sürətlə genişləndiyini bildirdi. Vətəndaş müharibəsi nəticəsində ölkəsinin dünyada ən kasıb ölkəyə çevrildiyini, buna baxmayaraq, son illər dinamik inkişaf etdiyini nəzərə çatdırdı. Ötən əsrin 50-ci illərindən 90-cı illərinədək yüngül və ağır sənayenin, tekstil, avtomobil və gəmiqayırma sənayesinin inkişaf etdirildiyini, 90-cı illərdə isə İC-nin formalaşmağa başladığını söylədi. 2000-ci ildən etibarən İKT sənayesinin inkişaf etdirilməsi istiqamətində Cənubi Koreyada həyata keçirilən iqtisadi inkişaf proqramları, ÜDM-in artım tempi haqqında ətraflı məlumat verdi. Müxtəlif zaman kəsiyində Cənubi Koreya tərəfindən aparılan İKT siyasəti işsizliyin aradan qaldırılması və gəlirlərin artırılmasına səbəb olduğunu bildirdi.

"Biliklər iqtisadiyyatının formalaşmasına elektron kommersiya texnologiyalarının təsiri, onun tətbiqinin müasir vəziyyəti və problemləri" mövzusunda çıxış edən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri namizədi, dosent Əlövsət Əliyev biliklər iqtisadiyyatının formalaşdırılmasının zəruriliyi, e-kommersiya texnologiyalarının yaranması, mahiyyəti, üstünlükləri, tətbiq sahələri, tərkib elementləri, təşkili və tənzimlənməsi, ödəniş sistemləri, e-kommersiya sisteminin Azərbaycanda tətbiqi vəziyyəti və inkişaf perspektivləri haqqında ətraflı məlumat verdi. Son dövrlərin prioritet mövzusuna çevrilmiş biliklər iqtisadiyyatı və İC üzrə nəzəri və praktiki biliklərin formalaşmasının informatiklərlə, İKT mütəxəssisləri ilə iqtisadçıların və digər müvafiq sahə alimlərinin birgə fəaliyyətinin nəticəsində mümkün olacağını, biliklər iqtisadiyyatının əsas instrumental vasitələrindən birinin e-kommersiya sistemləri və texnologiyaları olduğunu bildirdi. E-kommersiyanın istehsalın, istehlakın və cəmiyyət həyatının bir çox sahələrinin strukturunu dəyişdirdiyini, ölkədə İKT məhsulları və xidmətləri bazarının formalaşmasına və inkişaf etməsinə təsir etdiyini, İKT bazarının bütün seqmentlərinə xidmət edən şirkət və firmaların yaradılmasına səbəb olduğunu və nəticədə iqtisadiyyat sahələrinin İKT-dən asılılığının yüksəldiyini bildirdi.

Ə.Əliyev e-kommersiyanın qloballaşma şəraitində şirkətlərin rəqabətqabiliyyətli olması üçün onların yeni bazarlara çıxmaq, istehlakçılarla birbaşa ünsiyyətdə olmaq, onların tələblərinə uyğun yüksək keyfiyyətli məhsul və xidmətlər istehsal etmək, maliyyə vəsaitlərinin sürətli və fasiləsiz dövriyyəsini təmin etmək və s. kimi amilləri həyata keçirməyə imkan yaratdığını bildirdi.

Ən yeni İKT-nin tətbiqinə əsaslanan e-kommersiyanın üstünlüyü onun bütövlükdə təşkilatın daxilixarici aləmini xarakterizə edən problemlərin inteqrativ cəhətdən birlikdə həllinə nail olmaqdan ibarətdir.

Elektron biznesin beynəlxalq səviyyədə həyata keçirilə bildiyini qeyd edən alim bu sahədəki hüquqi-normativ bazanın təşkilinin müxtəlif vergi sistemlərinin, gömrük problemlərinin, bank əməliyyatlarının həyata keçirilməsində olan əhəmiyyətindən danışdı.

Ə.Əliyev e-kommersiya sistemlərindəki zəruri olan qarşılıqlı elektron əlaqələrinin ümumi standartların hesabına həyata keçirildiyinibu standartların əmtəələrin, xidmətlərin, obyektin, daşınma və saxlanma vahidlərinin və s. avtomatik rəqəmli identifikasiyasında istifadə olunduğunu nəzərə çatdırdı.

E-ticarəti daha da inkişaf etdirmək məsələlərinin daim ÜTT-nin diqqət mərkəzində olduğunu bildirən natiq ÜTT nazirlərinin II konfransında (Cenevrə, 1998) e-ticarət haqqında deklarasiya qəbul olunduğunu bildirdi. ÜTT-nin qanunvericilik mühitini, etibarlı e-ödəniş sistemini, səmərəli vergi mexanizmini, vahid kommersiya standartlarını-qaydalarını, intellektual mülkiyyətin qorunmasını, e-ticarətin təhlükəsizliyini, normal rəqabətlilik mühitini, e-ticarəti ləngidən digər səbəblərin aradan qaldırılmasını təmin etmək işində əsas rol oynadığını nəzərə çatdırdı.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun aspirantı Kamran Əliyev "Azərbaycanda İKT iqtisadiyyatının formalaşması məsələləri" mövzusunda məruzə ilə çıxış edərək ölkədə İC-nin formalaşdırılması istiqamətində qəbul edilmiş qanunlar və həyata keçirilən dövlət proqramları haqqında məlumat verdi. Bildirdi ki, ölkədə həyata keçirilən İKT üzrə tədbirlərin nəticəsidir ki, Azərbaycan iqtisadiyyatında İKT-nin xüsusi çəkisi getdikcə artmaqdadır.

Onun fikrincə, müasir şəraitdə İKT iqtisadiyyatının strukturuonun tərkib elementləri arasındakı qarşılıqlı əlaqələr daha dərindən araşdırılmalı və İKT-nin digər sosial-iqtisadi sahələrin inkişafına təsiri kompleks şəkildə öyrənilməli və təhlil edilməlidir.

Seminarın sonunda insan kapitalının formalaşması, elmi kadrların hazırlanması, intellektual potensialdan səmərəli istifadə edilməsi, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi və s. kimi müxtəlif sosial-iqtisadi problemlər müzakirə edildi, təkliflər irəli sürüldümüvafiq qərarlar qəbul olundu.

 

 

A.ƏLİYEV

 

Azərbaycan.- 2010.-  30 iyun- S.  5.