İhsan Doğramacı son mənzilə yola salınmışdır

 

Fevralın 27-də Ankarada türk dünyasının böyük oğlu, görkəmli ictimai xadim, dünya şöhrətli alim və maarifçi İhsan Doğramacı son mənzilə yola salınmışdır.

Kocatəpə məscidində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından çələng qoyulmuşdu.

Cənazə namazında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri Əli Həsənov və Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, səfir Zakir Həşimov, ölkəmizdən gəlmiş digər rəsmi şəxslər iştirak etmişlər. Onlar mərhumun oğlu, Bilkənd Universitetinin rektoru, professor Əli Doğramacıya başsağlığı vermişlər.

Namazda Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak etmişlər.

Sonra mərhumun cənazəsi Bilkənddəki Doğramacızadə Əli Paşa məscidinin yanında dəfn olunmuşdur.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 2 mart.- S. 1.