Gəncədə akademik Siddiqə Məmmədovanın 85 illik yubileyi qeyd edilmişdir

 

Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı elminin tanınmış simalarından biri, AMEA-nın akademiki, əməkdar elm xadimi Siddiqə Məmmədovanın 85 illik yubileyi qeyd edilmişdir.

Şəhər ziyalılarının iştirakı ilə keçirilən yubiley mərasimində AMEA rəyasət heyətindən, Kənd Təsərrüfatı Nazirliyindən, müxtəlif ölkələrdən yubilyarın ünvanına gəlmiş təbrik teleqramları oxunduqdan sonra görkəmli alimin həyat fəaliyyətindən bəhs edən məruzələr dinlənilmişdir.

Məruzə çıxışlarda təkcə ölkəmizdə deyil, keçmiş sovetlər birliyində, eləcə beynəlxalq miqyasda tanınan Siddiqə Məmmədovanın kənd təsərrüfatı elminə töhfələrindən danışılmışdır. Bildirilmişdir ki, görkəmli alim 45 ildən artıqdır Gəncədə yerləşən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizəsi İnstitutuna rəhbərlik edir. O, elmi fəaliyyətindəki uğurlara görə "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" "Şöhrət" ordenlərinə layiq görülmüşdür.

Akademik Siddiqə Məmmədova tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirmişdir.

Tədbir konsert proqramı ilə davam etdirilmişdir.

 

 

Azərbaycan.- 2010.-7  mart.- S. 3.