Polşanın Baş naziri Donald Tusk Azərbaycana rəsmi səfərə gəlmişdir

 

 Martın 9-da Polşanın Baş naziri Donald Tusk Azərbaycana rəsmi səfərə gəlmişdir.

 Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına Beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Polşalı həmkarını Baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli uşaqlar Polşanın Baş nazirinə gül-çiçək dəstəsi təqdim etdilər.

Polşanın və Azərbaycanın dövlət himnləri səsləndi.

 Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Donald TuskArtur Rasi-zadə arasında qısa protokol söhbəti oldu.

 

AzərTAc


 

Azərbaycan. - 2010. - 10 mart.- S.1.